Icma.az
close
up
RU
Arif Hacılı: “Açıq aydın görünür ki, AXCP rəhbərliyi bizim aksiyalarda iştirakımızı arzulamır”

Arif Hacılı: “Açıq aydın görünür ki, AXCP rəhbərliyi bizim aksiyalarda iştirakımızı arzulamır”

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Müsavat Partiyasında parlament seçkilərinə hazırlıq işləri davam edir. Biz seçki dairələrinin təqribən yarısında ilkin olaraq namizədlərimizi müəyyənləşdirmişik. Eyni zamanda seçki kampaniyası dövründə imza toplayacaq, təbliğat kampaniyasında iştirak edəcək, komissiyalarda fəaliyyət göstərəcək şəxslərin siyahıları dairələr və məntəqələr üzrə dəqiqləşdirilir. Bu proses yaxın vaxtlarda başa çatacaq".

Hurriyyet.az bildirir ki, bu sözləri APA-ya müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, hələlik namizədliyə namizədlər müəyyənləşdirilir: “Sonda isə namizədlər Müsavat Partiyasının Məclisi tərəfindən müəyyənləşəcək”.

A. Hacılı Qubad İbadoğlunu dəstəkləyənlərin namizədliyinin qeydə alınmasına maneə yaradılacağı barədə iddiaları da cavablandırıb: “Müsavat Məclisi namizədlərin irəli sürülməsi ilə bağlı prosedurları özü müəyyənləşdirəcək. Kimlər Məclis üzvlərinin əksəriyyətinin səsini almağa nail olacaqsa, onlar da Müsavat Partiyasının namizədləri olacaqlar".

A. Hacılının sözlərinə görə, Müsavat aprel ayından tez olmayaraq hər hansı siyasi partiya ilə seçki blokunun yaradılması məsələlərini müzakirə etməyəcək: “Real müxalifət partiyalarının seçkilərdə blok şəklində iştirakının tərəfdarıyıq. Seçkilərdə Müsavat Partiyası ilə hədəfləri üst-üstə düşən, bizimlə müttəfiqliyə hazır olan siyasi partiyalarla birgə iştirak imkanlarını araşdırırıq. Əgər bu alınmayacaqsa, seçkilərdə təkbaşına iştirak edəcəyik”.

Müsavat başqanı qeyd edib ki, bugünkü siyasi şəraitdə ciddi seçki blokunun yaradılması ehtimalı yüksək görünmür: “Ancaq seçki kampaniyası dövründə siyasi vəziyyətin dəyişməsi mümkündür”.

A. Hacılı Müsavatda Mitinq Komitəsi yaradıldığını, partiya strukturları ilə məsləhətləşmələrin yekununda yaxınlarda keçirəcəkləri aksiyanın günü və şüarları barədə qərar qəbul edəcəklərini söyləyib: "Biz müxalifətin kütləvi aksiyaları birlikdə keçirməsinin tərəfdarıyıq. Ancaq Milli Şuranın bu məsələlərdə mövqeyi fərqlidir və onlar təkbaşına kütləvi aksiyalar keçirmək barədə qərar qəbul ediblər. Bu, onların hüququdur. Müsavat Partiyasının nə Milli Şura, nə də AXCP ilə hər hansı rəqabəti yoxdur".

Müsavat başqanı Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşəndə partiyasının aksiyaya dəstək verəcəyi barədə təklif irəli sürməsinə də münasibət bildirib: “Mən Cəmil Həsənliyə Müsavat Partiyası adından öz təklifimi verdim, ancaq təklifimə bu günə kimi cavab almamışam”. O deyib ki, buna baxmayaraq, yenidən Cəmil Həsənliyə müraciət etməsi istisna deyil: “Bəzi partiya üzvləri mənim Milli Şura rəhbərliyinə yenidən müraciət etməməyimi istəyirlər. Ancaq biz yenə də müzakirə edəcəyik və əgər cəmiyyətin mənafeləri tələb edərsə, yenidən müraciət etməyimiz istisna deyil”.

Arif Hacılı martın 15-də keçirilən aksiyada iştirak etməməsinin səbəbinə də aydınlıq gətirib: “Müsavat Partiyasının üzvlərinə bu aksiyada iştirakla bağlı sərbəstlik verilmişdi. Açıq-aydın görünür ki, AXCP rəhbərliyi bizim bu aksiyalarda iştirakımızı arzulamır və biz onların təşkil etdiyi mitinqə gedərək diqqəti özümüzə cəlb etməyi siyasi etikaya uyğun saymadığımız üçün mitinqə getmədik”.

Share

Tweet

Email

Share

Share

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Dekabr 2025 23:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see176

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see152

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri