Icma.az
close
up
RU
ARIFA ETHNO “Qobustan” kolleksiyasını təqdim etdi KONKRET

ARIFA ETHNO “Qobustan” kolleksiyasını təqdim etdi KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ARIFA ETHNO “Qobustan” kolleksiyasını İçərişəhərdə keçirilən Milli Geyim Günündə təqdim etdi

Azərbaycan milli xalça ornamentlərindən ilhamlanaraq yaradılan ARIFA ETHNO sayca dördüncü kolleksiyası olan “Qobustan” kolleksiyasını təqdim edib.

KONKRET.az xəbər verir ki, “Qobustan” kolleksiyasının əsas ilham mənbəyi Azərbaycanın qədim tarixinin və mədəni irsinin mühüm simvollarından biri olan Qobustan qayaüstü rəsmləridir. Minilliklər əvvəldən günümüzə qədər gəlib çatan bu təsvirlər qədim insanların həyat tərzini, dünyagörüşünü, təbiətlə münasibətini və gündəlik yaşamını əks etdirir.

ARIFA ETHNO bu qədim izləri müasir moda dili ilə yenidən təqdim edərək keçmişlə bu günü bir araya gətirir. Kolleksiyada qədim simvollar, milli ornamentlər və müasir dizayn elementləri bir-birini tamamlayaraq fərqli və zərif obraz yaradır. “Qobustan” yalnız geyim və aksesuar kolleksiyası deyil, Azərbaycanın qədim irsinin, milli ornamentlərinin və mədəni yaddaşının müasir moda vasitəsilə yaşadılması ideyasını daşıyır. Yeni kolleksiyanın rəngləri də məhz bu missiyaya xidmət edir.

ARIFA ETHNO-nun yaradıcısı Arifə Əliyeva bildirib ki, yeni layihələr bununla bitmir. Brend yaxın günlərdə daha iki xüsusi kolleksiyanı — “NAR” və böyük qürur hissi ilə “ZƏFƏR” kolleksiyasını təqdim etməyə hazırlaşır. Hər iki kolleksiya ARIFA ETHNO-nun əsas fəlsəfəsini — Azərbaycanın qədim irsini, milli ornamentlərini və mədəni yaddaşını müasir moda ilə birləşdirmək ideyasını davam etdirir.

Xüsusilə “NAR” kolleksiyasında Azərbaycan mədəniyyətində bolluğun, bərəkətin və gözəlliyin simvolu olan nar obrazının fərqli interpretasiyası təqdim olunacaq.

“ZƏFƏR” kolleksiyası isə milli qürur, güc və tariximizin yaddaşında xüsusi yer tutan Zəfər ruhundan ilhamlanacaq.

Arifə Əliyevanın öz kolleksiyalarını şəxsən fərqli obrazlarda təqdim etməsi də brendə xüsusi dinamika və fərdilik qazandırır. O, yalnız brendin yaradıcısı deyil, eyni zamanda onun siması və kolleksiyaların təqdimatında əsas obrazlardan biridir.

https://konkret.az/cloud/uploads/2026/09/VID-20260920-WA0024.mp4


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Sentyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri