ABŞ ın Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 9 noyabr, AZƏRTAC
ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində 8 Noyabr Azərbaycanın Zəfər Günü elan edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Paterson şəhərinin meri Andre Sayeq rəsmi bəyannamə imzalayıb.
Sənəddə Azərbaycanın 2020-ci ildə Qarabağda qazandığı Qələbənin ölkənin müasir tarixində mühüm mərhələ olduğu vurğulanıb. Qeyd edilib ki, Zəfər Günü Azərbaycan xalqı üçün böyük tarixi və mədəni əhəmiyyət daşıyır, xalqın birliyini, həmrəyliyini və milli kimliyini təcəssüm etdirir.
Bəyannamədə münaqişə zamanı həyatını itirənlərin xatirəsinin yad edilməsinin, ailələrin və icmaların göstərdiyi fədakarlığın qiymətləndirilməsinin, eləcə də regionda davamlı sülhün, barışın və sabitliyin təmin olunmasının əhəmiyyəti qeyd edilib.
Sənəddə, həmçinin Azərbaycan əsilli amerikalıların Paterson şəhərinin ictimai və mədəni həyatına verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan-Amerika Gənclər Federasiyasının milli-mədəni irsin qorunması, gənc nəslin inkişafı və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyəti xüsusi vurğulanıb.
Şəhər meri Andre Sayeq imzaladığı bəyannamə ilə 2026-cı il noyabrın 8-ni Paterson şəhərində “Azərbaycanın Zəfər Günü” kimi rəsmən tanıdığını bəyan edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 09 Noyabr 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















