Icma.az
close
up
RU
Arıqlama iynələri içkini tərgitməyə kömək edirmiş

Arıqlama iynələri içkini tərgitməyə kömək edirmiş

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Arıqlamaq üçün istifadə olunan inyeksiya preparatları alkoqol asılılığı ilə mübarizədə əlavə vasitə ola bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, bu cür dərmanlar spirtli içki istifadəsinin həm tezliyini, həm də həcmini azaltmağa kömək edə bilər.

Bildirilir ki, xüsusilə semaqlutid adlı preparat alkoqol istifadəsi pozuntusu olan insanlara müsbət təsir göstərə bilər. Tədqiqat Denmarkda aparılıb və burada piylənmə ilə yanaşı alkoqol istifadəsi problemi yaşayan 108 nəfər iştirak edib. Bütün iştirakçılar psixoloji danışıq terapiyası alıblar. Onların yarısı 26 həftə ərzində 2,4 mq dozada semaqlutid qəbul edib, digər yarısına isə plasebo verilib.

Tədqiqatdan əvvəl iştirakçılar son bir ayda orta hesabla 17 gün həddindən artıq spirtli içki qəbul etdiklərini bildiriblər. Altı ay sonra semaqlutid qəbul edən qrupda bu göstərici təxminən 5 günə düşüb. Plasebo qəbul edənlərdə isə bu rəqəm 9 gün olub.

Eyni zamanda, ümumi spirt istehlakı da azalıb. Əvvəlcə 30 gün ərzində təxminən 2200 qram olan spirt qəbulu semaqlutid istifadə edən qrupda 650 qrama qədər enib. Plasebo qrupunda isə bu göstərici 1175 qram təşkil edib.

Tədqiqatın rəhbəri, professor Anders Fink-Jensen bildirib ki, semaqlutid yalnız iştahanı azaltmaqla kifayətlənmir, eyni zamanda asılılıqla bağlı bioloji mexanizmlərə də təsir göstərə bilər. Bu isə GLP-1 reseptorlarına yönəlmiş yeni müalicə üsullarının inkişafına imkan yaradır.

Araşdırmanın müəlliflərindən Mette Kruse Clausen qeyd edib ki, alkoqol istifadəsi pozuntusu olan insanlar həm fiziki, həm də psixoloji problemlər baxımından yüksək risk altındadır. Onun sözlərinə görə, spirt istifadəsinin qismən azalması belə bu şəxslərin sağlamlığı üçün əhəmiyyətli təsir göstərə bilər.

Alimlər bu nəticələrin ümidverici olduğunu desələr də, daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac olduğunu vurğulayırlar. Mütəxəssislər bildirirlər ki, bu metodun uzunmüddətli təsiri və hər kəs üçün eyni dərəcədə effektiv olub-olmadığı hələ tam məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 May 2026 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri