Arıqlama iynələri ilə bağlı xəbərdarlıq: Görün hansı təsirləri var imiş
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, bu barədə dietoloq Anton Polyakov “Mk.ru”ya açıqlamasında danışıb.
Mütəxəssisin sözlərinə görə, artıq çəki və piylənməsi olan insanlara bu preparatları tibbi göstəriş olmadan tövsiyə etmək olmaz. Səbəb isə onların bir sıra yan təsirlərinin olmasıdır.
Polyakov qeyd edib ki, bu preparatlar ilkin olaraq şəkərli diabetin müalicəsi üçün hazırlanıb. Əsas məqsədi qanda şəkərin səviyyəsini azaltmaq, həmçinin ürək-damar sistemi, böyrəklər və görmə ilə bağlı fəsadların riskini aşağı salmaqdır.
Bundan başqa, preparatların iştahanı azaltdığı və bunun nəticəsində çəki itkisinə səbəb olduğu müəyyən edilib. Bu xüsusiyyət onların arıqlamaq məqsədilə istifadəsini genişləndirib.
Bundan əlavə, tibb elmləri doktoru Ança Baranova bildirib ki, bu preparatlar insanın dad seçimlərinə təsir göstərə, şirniyyata və hətta alkoqola marağı azalda bilər.(publika)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 18 Sentyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















