Icma.az
close
up
RU
“Arıqlama kofeləri mədədə qanama və bağırsaq problemlərinə səbəb ola bilər” AÇIQLAMA

“Arıqlama kofeləri mədədə qanama və bağırsaq problemlərinə səbəb ola bilər” AÇIQLAMA

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Son illər tez arıqlamaq istəyənlərin sayı artdıqca, bazarda müxtəlif “arıqladıcı” məhsulların sayı da çoxalıb.

Hara baxsaq detoks çayları və kofelər geniş şəkildə təbliğ olunur.

Bəzən mənşəyi məlum olmayan bu cür vasitələrin arxasında gizlənən risklər isə çox vaxt diqqətə alınmır.

Gununsesi.info-ya danışan sağlam qidalanma üzrə mütəxəssis Validə Şıxıyeva bildirib ki, arıqlamaq məqsədilə satışda olan bir çox kofelər və detoks çayları insan orqanizminə ciddi zərər verə bilər:

“Təəssüf ki, arıqladıcı çay və kofelərdən istifadə bir dəbə çevrilib. Arıqlamaq istəyənlər arasında mənşəyi məlum olmayan bu məhsullara maraq artır. Lakin onlar sağlamlıq üçün ciddi risklər daşıyır. Çox vaxt insanlar məhsulun tərkibini araşdırmadan, sadəcə reklamlara aldanaraq istifadə edirlər.

Unutmaq olmaz ki, bu vasitələrin tərkibindəki kimyəvi maddələr orqanizmin təbii funksiyalarını pozur və uzun müddətdə daxili orqanlara zərər verə bilər.

Bu məhsullar bədəndə müvəqqəti susuzluq yaradır, nəticədə şişkinlik azalır, lakin piy kütləsində real dəyişiklik baş vermir. Yəni, bu vasitələr sadəcə bədəndən suyu çıxararaq çəkidə azalma effekti yaradır, amma piy toxuması olduğu kimi qalır. Üstəlik, onların qəbulu böyrəklərə, qaraciyərə və bağırsaqlara ciddi ziyan vura bilər”.

Mütəxəssis vurğulayıb ki, xüsusilə arıqlama kofelərinin istifadəsi mədə qanaması, bağırsaq problemləri, qarın ağrısı, şişkinlik və ishala səbəb ola bilər:

“Həkim məsləhəti olmadan istifadəsi risklidir, çünki yüksək kofein və stimul maddələr ürək döyüntüsünün artması, narahatlıq və yuxusuzluq yarada bilər.  Sağlam və davamlı arıqlama üçün yeganə düzgün yol balanslı qidalanma və fiziki aktivliyin artırılmasıdır“.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri