Bağırsaq analizi ilə arıqlama və müalicə mümkün ola bilər
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada alimlər bədən çəkisinin tənzimlənməsi və müxtəlif xəstəliklərin müalicəsinə kömək edə biləcək yeni tibbi yanaşmanın klinik sınaqlarına start veriblər.
BAKU.WS "İzvestiya" qəzetinin məlumatına istinadən xəbər verir ki, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Metabolik Sağlamlıq Elmi-Texnoloji İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış sistem bağırsaq mikrobiotasının analizinə əsaslanır. Texnologiya multiplikativ PZR üsulu ilə işləyir və nəticələri müraciət olunan gün ərzində təqdim edə bilir.
Mütəxəssislərin bildirdiyinə görə, yeni sistem bağırsağın yoğun hissəsində yaşayan mikroorqanizmlərin, o cümlədən şərti patogen flora və Candida göbələklərinin miqdarını qiymətləndirir. Metodun əsas üstünlüklərindən biri aşağı maya dəyərinə malik olmasıdır.
Rusiya Elmlər Akademiyasının akademiki Vladimir İvaşkin qeyd edib ki, bu yanaşma bağırsaq mikroflorasının fərdi xüsusiyyətlərini nəzərə almağa imkan verir və "bağırsaq–beyin" və "bağırsaq–immun sistem" əlaqələri ilə bağlı xəstəliklərin müalicəsində istifadə oluna bilər. Onun sözlərinə görə, texnologiya piylənmə, mədə-bağırsaq xəstəlikləri, immun pozuntular və bəzi psixoloji problemlərdə tətbiq perspektivinə malikdir.
Baş elmi əməkdaş Roman Maslennikov isə bildirib ki, mikrobiotanın dəqiq analizi həkimlərə daha effektiv dərman seçimi və probiotik müalicəsinin fərdiləşdirilməsi imkanı verəcək.
Qeyd edək ki, bu istiqamətdə tədqiqatlar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 09 May 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















