Icma.az
close
up
RU
Arıqlama kofeləri bu xəstəliklərə səbəb olur AÇIQLAMA

Arıqlama kofeləri bu xəstəliklərə səbəb olur AÇIQLAMA

Manset saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Arıqlama kofeləri son illərdə çox istifadə edilən içkilərdən biridir. Əsasən arıqlama prosesini sürətləndirmək və yağ yandırmaq məqsədilə istifadə olunur. Bu kofelər bəzən əlavə maddələr və ya ekstraktlarla hazırlanır.  Bəs, bu kimi içkilərin hansı zərərləri var? 

Mövzu ilə bağlı Manset.az-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd edib ki, bu kimi içkilər sağlamlıq üçün ciddi risklər yarada bilər:           

"Bir çox insanlar bu gün arıqlamaq, daha asan və tez çəki vermək üçün bəzi üsullara əl atırlar ki, bu da mənşəyi bəlli olmayan arıqlama çayları və ya kofelərdir. Bunlar sağlamlıq üçün ciddi risklər yarada bilər. Onların tərkibi və istifadəsi bəzən uzunmüddət araşdırılmadan, qısa müddətdə çəki verməyə yönəldiyinə görə, insanlar onun sağlamlığına hansı zərər vura biləcəyini araşdırmadan istifadə edirlər".

Məhsəti Hüseynova bildirib ki, tərkibində istifadə olunan kimyəvi maddələr orqanizmin təbii funksiyalarını pozaraq, ona süni şəkildə müdaxilə olunduğuna görə, bir müddətdən sonra daxili orqanların funksiyasının pozulması ilə yanaşı onların sıradan çıxmasına səbəb ola bilər.

Xüsusilə bu gün arıqlama kofeleri şəklində satılan arıqladıcı vasitələr bir neçə aydan sonra ciddi mədə qanması, bağırsaqda problemlər eyni zamanda da ciddi fəsadlarla müşahidə oluna bilər. Tərkibində istifadə olunan maddələr zamanla qarında ciddi ağrılara, şişkinliyə, ishala gətirib çıxara bilər.

Qida mütəxəssisi onu da vurğulayıb ki, həkim məsləhəti olmadan belə məhsulların istifadəsi məsləhət görülmür:

"Çünki, həddindən artıq kofein və ya digər stimul xarakterli maddələrin orqanizmə təsiri fərqli ola bilər və bəzi insanların ürək döyüntüsü, narahatlıq və ya yuxusuzluq kimi problemlərlə qarşılaşmalarına səbəb ola bilər".
 

Seyranə Quliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 18 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri