Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sosial platformalarda həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” əmtəə nişanlı “arıqlama çayı” məhsullarını aşkarlayıb.
Baxış zamanı məhsulların qanunvericiliyin tələblərinə uyğun etiketlənmədiyi müəyyən edilib. Belə ki, məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, tərkibi və digər zəruri məlumatlar göstərilməyib. Bundan başqa, məhsulların üzərində xəstəliklərin müalicəsində istifadə olunduğuna dair məlumatların yerləşdirildiyi və müvafiq icazə sənədi olmadan satışının həyata keçirildiyi aşkarlanıb.
Bəs bu cür məhsulların qida məhsulu kimi satılması nə dərəcədə təhlükəsizdir?
“Refresh Group” MMC-nin baş icraçı direktoru, qida təhlükəsizliyi üzrə mütəxəssis Seymur Qafarov Redaktor.az-a açıqlamasında bildirdi ki, sosial platformalarda satılan arıqlama çayları ilə bağlı AQTA tərəfindən aparılan monitorinqlər zamanı bir sıra ciddi qanun pozuntuları müəyyənləşdirilib.
Onun sözlərinə görə, belə məhsulların etiketində Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununun tələblərinə uyğun zəruri məlumatlar tam şəkildə göstərilməlidir.
“Ümumiyyətlə, mütəxəssis kimi onu demək olar ki, bu cür arıqlama çaylarının üzərində Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” 523 saylı qanunvericiliyinin 17.2-ci maddəsində göstərilən etiket məlumatları tam şəkildə ifadə olunmur. Etiketdə məhsulların istehsal olunduğu qida obyektinin adı, ünvanı, saxlanılması üçün nəzərdə tutulmuş nəmlik mühiti və temperatur göstəriciləri olmalıdır. Məhsulun enerji və qidalılıq dəyəri, tərkibi, həmçinin allergen bitki və heyvan mənşəli qida inqrediyentləri barədə məlumatlar göstərilməlidir. Əfsuslar olsun ki, bu qaydalara əməl olunmur”, - deyə mütəxəssis bildirib.
S.Qafarov qeyd etdi ki, qida məhsullarının ev şəraitində kütləvi satış və istehlak üçün istehsal olunması da qanunvericiliyin tələblərinə uyğun deyil.
“Çünki ev elə bir mühitdir ki, o qida qeydiyyatına cəlb oluna bilmir. Qida qeydiyyatına cəlb olunmadıqda, Qida Təhlükəsizliyi Agentliyinin reyestrində də ola bilmir. Reyestrdə olmadıqda isə artıq Qida Təhlükəsizliyi Agentliyi oranın varlığından xəbərsiz olur və nəzarət etmək mümkün olmur”, - deyə o vurğuladı.
Mütəxəssisin sözlərinə görə, qida məhsullarının istehsalı üçün müvafiq tələblərə cavab verən qeyri-yaşayış sahəsi yaradılmalı, istehsal müəssisəsi sanitar-gigiyenik normalara uyğun təchiz edilməlidir.
“Ona görə mütləq qeyri-yaşayış sahəsində istehsal subyekti qurulmalı, rahat yuyula bilən divar və döşəmə ilə təmin olunmalı, avadanlıqlar 304 markalı paslanmayan metaldan hazırlanmalı, işçilər gigiyenik uniforma ilə təmin edilməli, sanitar-gigiyenik iş mühiti və sanitar-texniki struktur olmalıdır. Orada istehsal olunan məhsullar satışa çıxarılmalıdır. Bəli, bu zaman izləmə, eyni zamanda beynəlxalq yanaşmada “Food traceability” adlanan proses təmin oluna biləcək. Bu isə artıq qida təhlükəsizliyinin idarə edilməsi üçün sağlam mühitin formalaşmasıdır”, - S.Qafarov əlavə etdi.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:260
Bu xəbər 03 Sentyabr 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















