Icma.az
close
up
RU
Arıqlamaq üçün qəhvə içdi, ürəy dayandı

Arıqlamaq üçün qəhvə içdi, ürəy dayandı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

 “Heç kim istifadə etməsin, sonu pis olur”

Türkiyənin İzmir şəhərinin Ödəmış rayonunda yaşayan bir qadının, həkim nəzarəti olmadan 2 ay ərzində mütəmadi şəkildə içdiyi arıqladıcı qəhvə ürəyinin dayanmasına səbəb olub. Qadın xəstəxanada 15 günü intensiv şəraitdə olmaqla, 1,5 ay davam edən müalicədən sonra sağalıb.

Sherg.az xəbər verir ki, 32 yaşlı, üç uşaq anası Özge İkibaş 2 ay əvvəl işlədiyi fabrikdə haldan düşərək yıxılıb. Xəstəxananın Təcili Tibbi Yardım şöbəsində ürəyi yenidən işə salınıb.

Xəstəxanaya göndərilən xəstənin ürəyinin niyə dayandığını araşdıran həkimlər, yaxınlarından İkibaşın bir müddətdir internetdən aldığı arıqladıcı qəhvəni içdiyini öyrənib. Xəstənin bədənində yığılan toksik maddənin atılması üçün müalicə aparılıb. İkibaş 1,5 ay davam edən, 15 günü isə intubasiya altında keçən müalicə prosesi sonrası sağalaraq evə buraxılıb.

Özge İkibaş sağaldığı üçün xoşbəxt olduğunu bildirib:

“Çox istifadə etdim, bir anda ürəyim dayandı. İnternetdən almışdım və həkim nəzarətində deyildi. Acqarına içirsiniz, gün boyu da başqa bir şey yeməyə qoymur. Özümü şanslı hiss edirəm. Yeni bir şans, yeni bir həyat qazandım. Bir daha belə bir şey edəcəyimi düşünmürəm. Heç kim istifadə etməsin, sonu pis olur. Ölüm də ola bilərdi. Uşaqlarımı görə bilməmə, həyata davam edə bilməmə ehtimalım vardı. Heç tövsiyə etmirəm. Heç kim bilinçsiz şəkildə nəsə istifadə etməsin. Sağlam şəkildə arıqlasınlar.”

İkibaş, uşaqları ilə vaxt keçirməyi çox darıxdığını da əlavə edib.

Xəstənin müalicəsini aparan Buca Seyfi Demirsoy Təhsil və Araşdırma Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin məsul həkimi dos. dr. Pınar Ayvat bildirib ki, İkibaş xəstəxanaya gətiriləndə həyati təhlükə altında olub:

“Xəstə Ödəmışdən gələnə qədər dəfələrlə ürəyi dayanmışdı və müdaxilə ilə yenidən işə salınmışdı. Süni tənəffüs aparatına bağlı idi. Bütün kardioloji funksiyalarında ciddi düşmə vardı. Ürəyin yığılma gücü və böyrəyin sidik ifrazetmə qabiliyyəti çox zəifləmişdi. Bütün parametrləri pozulmuşdu. Əvvəl hemodializ düşünürdük, amma bunu qaldıra bilməyəcəyini gördük. Gündəlik olaraq qandakı oksigen və karbon qazı səviyyələrinə uyğun tənəffüs aparatını tənzimlədik. Böyrək dəstək müalicəsini davam etdirdik.”

O, oxşar hallarla tez-tez rastlaşdıqlarını bildirib:

“Fərqli dərman və maddələr istifadə edən gənclər də gəlir, arıqladıcı dərman, çay və qəhvələrdən istifadə edən xanımlar da. Bu maddələr qəfil ürək dayanmasına səbəb ola bilər. Ürək funksiyalarını yavaşladır, ritm pozuntusu yaradır. Çoxlu yan təsirləri var. Böyrəkləri ciddi şəkildə zədələyir, böyrək çatışmazlığına gətirib çıxarır. Çox diqqətli, nəzarətli istifadə olunmalıdır. Bu məhsulların Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi araşdırılmalıdır.” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri