Icma.az
close
up
RU
Arıqlamaq istəyənlər üçün: çay, yoxsa qəhvə?

Arıqlamaq istəyənlər üçün: çay, yoxsa qəhvə?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi insanlar günə bir fincan qəhvə ilə başlamağı sevir, bəziləri isə çayın dadından vaz keçə bilmir. Hərçənd azərbaycanlılar üçün çay xüsusi yer tutur. Lakin arıqlamaq istəyənləri ən çox maraqlandıran isə hansının arıqlama prosesinə təsirinin daha güclü təsir etməsi ilə bağlıdır.

Metbuat.az-ın məlumatına görə, idmançı, sağlam həyat tərzi üzrə motivator Elnur Nəmatov bildirib ki, qara çay səhv zamanda və səhv şəkildə içildikdə çəki ləngiməsinə səbəb olur:

“Belə ki, qara çay ac qarına içiləndə qanda kortizol artır, metabolizmi ləngidir və bədən “yağ saxlama” rejiminə keçir. Qara çay mədədə turşuluğu artırır, bədəndə stress hormonu (kortizol) yüksəlir, iştah artır, insan gün ərzində daha tez acır və şirniyyat istəyi güclənir. Çox dəmlənmiş çay isə çox içildikdə elektrolit balans pozulur, su itkisi artır və orqanizm su saxlamağa başlayır. Nəticədə bədəndə ödəm yığılır”.

Mütəxəssis qəhvənin də arıqlama prosesinə təsirindən danışıb:

“Qəhvə metabolizmi aktivləşdirməsinə baxmayaraq, səhv miqdarda içilərsə, diyet nəticələrini bir qədər dəyişə bilər. Qəhvə içdikdən 20–30 dəqiqə sonra kortizol yüksəlir. Bu, bədən üçün stress yaradaraq metabolizmin səmərəsini bir az azaldır, çünki kortizol yüksək olduqda bədən yağ yandırmaq əvəzinə, saxlamağa meylli olur. Qəhvə gec saatlarda içilərsə, yuxuya da təsir edir. Yuxu çatışmazlığı isə metabolizmin yavaşlamasına və arıqlamanın ləngiməsinə səbəb olur. Bəzən qəhvə aclığı basdırır və insan lazımınca qidalanmır. Dietdə həzm prosesi həssas olduğundan, çox qəhvə içən şəxslərdə mədə yanması, şişkinlik, bağırsaq narahatlığı daha çox müşahidə olunur. Bu da bədən üçün stress və arıqlama ritmini pozmaq deməkdir”.

E.Nəmatov qeyd edib ki, çay və qəhvənin vaxtı, miqdarı və istifadə qaydası düzgün seçilməlidir:

“Doğru olan səhər yeməyindən sonra yüngül çay içmək, günün birinci yarısında tək fincan qəhvə qəbul etməkdir. Ac qarına, çox dəmlənmiş, gec saatlarda və həddindən artıq içilən həm çay, həm də qəhvə arıqlamanı ləngidən “düşmən”ə çevrilir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Dekabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri