Icma.az
close
up
RU
Arıqlamaq üçün təhlükəli seçim: Trend olan KONKRET

Arıqlamaq üçün təhlükəli seçim: Trend olan KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“Bir biznesmen dostum var, çox kökdür, illərdir xüsusi dərman qəbul edir, amma arıqlamaq yerinə daha da kökəlib. Dərmanın adı “Ozempik”dir”. 

Bu sözləri Donald Tramp deyib. Azərbaycanlı həkim-endokrinoloq Lalə Alcan ABŞ Prezidenti ilə həmrəydir:

“Ozempic” dərmanının təsiri nəticəsində insan daha tez doyur, daha az qida qəbul edir və nəticədə çəki itkisi baş verir. Ancaq arıqlatma “Ozempic”in əsas məqsədi deyil, bu, preparatın yan təsiridir”.

KONKRET.az xəbər verir ki, Lalə Alcan “Yeni Sabah”a bildirib ki, arıqlama məqsədilə geniş istifadə olunan “Ozempic” dərmanının əsas tərkibi semaqlutid molekuludur.

“Semaqlutid nədir? Bu, GLP-1 analoqudur. Bəs GLP-1 nədir? GLP-1 iştaha mərkəzinin fəaliyyətini məhdudlaşdıran bir hormondur. Yəni o, insanın aclıq hissini azaldır, daha az yeməsinə səbəb olur.

Normalda hər bir insanın orqanizmində GLP-1 hormonu mövcuddur. Bu hormon mədədən qidanın boşalmasını ləngidir. Eyni zamanda, mədə-bağırsaq sisteminin hərəkətliliyini, öd yollarının və pankreas axarlarının fəaliyyətini azaldır.

Bu təsirlər nəticəsində insan daha tez doyur, daha az qida qəbul edir və nəticədə çəki itkisi baş verir. Ancaq bu təsir  yəni arıqlatma “Ozempic”in kəşf edilməsinin əsas məqsədi deyil. Bu, preparatın yan təsiridir. Əsas məqsədi isə şəkərli diabet (xüsusilə tip 2 diabet) xəstələrində qan şəkərinin düzgün tənzimlənməsi üçün hazırlanmasıdır.

Sadəcə olaraq, yan təsir olaraq çəki azalmasına səbəb olduğu üçün bu məqsədlə də istifadə edilir”.

Həkim-endokrinoloq arıqlama məqsədilə xəstələrinə bu dərmanı təyin etmədiyini bildirib:

“Ozempic”in arıqlama məqsədilə istifadəsini doğru hesab etmirəm və xəstələrimə bu məqsədlə təyin etmirəm. Səbəb bu preparatın bir qrup yan təsirlərinin olmasıdır: ürəkbulanma, qusma, ishal və ya qəbizlik, mədə ağrısı, mədədə köp və şişkinlik, iştahanın azalması, gəyirmə. Xüsusilə qastroezofageal reflüsü olan xəstələrdə reflü şikayətlərinin artması müşahidə olunur. Bunlar ən sıx rast gəlinən əlamətlərdir.

Daha az rast gəlinən, lakin çox önəmli və ağır yan təsirlər də mövcuddur. Bunlar hətta ölümcül nəticələrə səbəb ola bilər.

Bunlardan biri pankreatit, yəni pankreasın iltihabıdır. Qeyd etdiyim kimi, pankreasın içərisində olan axarların (Virsung axarı) hərəkətliliyinin zəifləməsi pankreatitə gətirib çıxara bilər. Bu preparatı istifadə edən xəstələrdə kürəyə vuran şiddətli qarın ağrısı və dayanmadan davam edən qusma müşahidə oluna bilər.

Digər ciddi yan təsir öd kisəsi problemləridir. Xüsusilə öd kisəsində daş əmələ gəlməsi, ödün hərəkətinin və ifrazının azalması ilə əlaqədardır. Bu zaman qarının sağ üst nahiyəsində ağrı, şişkinlik, qızdırma və sarılıq əlamətləri ortaya çıxa bilər.

Şiddətli susuzlaşma da dərmanın ciddi yan təsirlərdəndir. Bu, qusma və ishala bağlı olaraq inkişaf edir və çox təhlükəlidir, hətta ölümcül ola bilər.

Bundan əlavə, taxikardiya, yəni ürək döyüntülərinin artması, ürək çırpıntısı və ümumi halsızlıq halları da müşahidə edilə bilər”.

L.Alcan vurğulayıb ki, “Ozempic”in daha az rast gəlinən, lakin çox ağır yan təsirlər də mövcuddur və bunlar ölümcül nəticələrə səbəb ola bilər:

“Bu preparatı bəzi insanlar xüsusilə diqqətlə istifadə etməlidir, hətta onlarda istifadəsi çox təhlükəlidir. Məhz buna görə də sözügedən dərmanın həkim nəzarəti olmadan istifadəsi ölümlə nəticələnə bilər. Məsələn, daha öncə pankreatit keçirmiş xəstələr risk qrupundadır. İnsan bəzən bilməyə bilər ki, keçmişdə yüngül formada pankreas problemi yaşayıb və sağalıb.

Tiroid vəzi xərçəngi olanlar və ya tiroid xərçəngi keçmişi olan şəxslərdə, xüsusilə medulyar tip tiroid xərçəngi olan xəstələrdə bu preparatın istifadəsi qəti şəkildə əks göstərişdir. Ailəsində – ata, ana, bacı, qardaş və ya digər yaxın qohumlarda tiroid xərçəngi olan şəxslər və ya özündə tiroid düyünü olan xəstələrdə bu preparat tiroid xərçənginin yaranmasına səbəb ola bilər.

Ciddi bağırsaq xəstəlikləri olanlar, xroniki qəbizlikdən əziyyət çəkənlər, mədə xorası və ya qastriti olan şəxslər üçün də bu preparat, ümumiyyətlə, məsləhət görülmür.

Hamiləlik və südvermə dövründə istifadəsi isə qətiyyən tövsiyə edilmir, əks göstərişdir.

Çox nadir hallarda rast gəlinən yüngül yan təsirlərə inyeksiya yerində qızartı, başgicəllənmə və ağız dadının dəyişməsi daxildir.

Ümumiyyətlə, mən bu preparatı təyin etmirəm. Çünki artıq çəkili insanların əksəriyyətində mədə-bağırsaq problemləri olur. Artıq çəkisi olan şəxslərin böyük bir hissəsində tiroid problemləri, pankreas, qaraciyər və öd kisəsi ilə bağlı pozuntular mövcuddur. Onsuz da preparatın təlimatında da bu problemləri olan şəxslər üçün istifadəsinin əks göstəriş olduğu açıq şəkildə qeyd olunur.

Buna baxmayaraq, bu gün bəzi məsuliyyətsiz və savadsız aptek işçiləri bu preparatı reklam edir, insanları aldadır və nəticədə insanlar həkim məsləhəti olmadan istifadə edirlər.

Dəfələrlə “Ozempic istifadəsindən sonra tiroid xərçəngi inkişaf etmiş xəstələrlə qarşılaşmışam. Bu məsələyə Səhiyyə Nazirliyi ciddi nəzarət etməlidir”.

Qeyd edək ki, “Ozempic” şəkərli diabetin müalicəsində istifadə olunan dərmandır. Preparat inyeksiya formasındadır və adətən, həftədə bir dəfə qarın, bud və ya qol nahiyəsinə dəri altına vurulur.

Əlavə edək ki, Donald Trampın mənfi rəyini heç də hamı bölüşmür. Bir çoxlarının fikrincə, o, Qrelandiyaya ərazi iddiasına görə bilərkdən Danimarkanın əczaçılıq məhsulu olan “Ozempik” əleyhinə qara PR kampaniyası aparır. “Novodordis” əczaçılıq və ətriyyat şirkəti ötən il fəaliyyətini müsbət saldo (22%) başa vurmuş yeganə Avropa şirkətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:419
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri