Arıqlaması ilə gündəm oldu Fotolar
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünyaca məşhur model Adriana Limanın arıq bədən forması pərəstişkarlarının narahatlığına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, 45 yaşlı model Paris Moda Həftəsi çərçivəsində “Revolve Magazine”nin keçirdiyi tədbirdə iştirak edib.
Ulduzun tədbirdəki görünüşü - son dərəcə arıq ayaqları və kəskin çənə xətti sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.
Pərəstişkarları onun şəkillərinə “Bağışlayın, amma Adriana Limanın ayaqlarına nə olub?”, “Onun ayaqları mənim qollarımdan nazikdir”, “Ekstremal çəki itkisi”, “Nədən arıqlayıbsa, bu, əzələ kütləsinin itirilməsinə səbəb olub” kimi şərhlər yazıblar. Bir sosial şəbəkə istifadəçisi isə Limanın bu vəziyyətə düşməsinə “Ozempik” arıqlama preparatının səbəb olduğunu iddia edib.
Bəzi pərəstişkarlar isə sosial şəbəkələrdə “Arıqlayıb, nə olsun ki? Model arıqlayıb, Allah Allah, nə böyük sensasiya!”, “Gözəldir. Ərinin bəxti çox gətirib”, - kimi şərhlərlə Limaya dəstək olublar.
Qeyd edək ki, “Victoria's Secret”in ən tanınmış modellərindən biri olan Adriana Lima bu il əfsanəvi şounun podiumuna yenidən çıxacaq. “Victoria's Secret”in 2026-cı il nümayişi oktyabrın 18-də Los-Ancelesdə baş tutacaq.




Baxış sayı:151
Bu xəbər 02 Oktyabr 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















