Icma.az
close
up
RU
Arktika maralı ekoloji təhlükədə

Arktika maralı ekoloji təhlükədə

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Siz, yəqin ki, televiziya və kinofilmlərdə Arktikanın buzları üzərində sakitcə yeriyən iribuynuzlu maralları çox görmüsünüz. Minillər boyu Şimal qütbünün kəskin soyuq iqlim şəraitində yaşayıb artan maralların sayı indi kəskin azala bilər. Bu gözəl heyvan Avrasiyada “Şimal maralı”, Şimali Amerikada isə “Karibu” kimi tanınır.

Beynəlxalq tədqiqatçılar qrupu bu günlərdə iqlim dəyişikliyi səbəbindən Arktika maralının sayının 2100-cü ilə qədər 80 faizə qədər azala biləcəyi barədə xəbərdarlıq edib. Bu xəbər, əlbəttə, məyusedici və düşündürücüdür.

Tədqiqatçılar “Rangifer tarandusu”nun (Araktika maralının elmi adı belədir – müəllif) 21 min illik populyasiya dinamikasını “yenidən qurmaq və deşifrə etmək” üçün bu canlıların qədim DNT və kompüter modellərindən istifadə ediblər.

Kopenhagen (Danimarka) Universitetindən aparıcı əməkdaşı Elisabetta Canteri bildirib ki, Şimal marallarının populyasiyalarının sürətli iqlim istiləşməsi dövrlərində böyük azalmalara məruz qaldığı acı bir reallıqdır. Lakin gələcək iqlim dəyişikliyi səbəbindən qarşıdakı onilliklərdə gözlənilən itkilər, çox güman ki, keçmişdəkindən daha ağır olacaq”.

Xanım E.Canteri və digər alimlər vurğulayırlar ki, Arktika maralının populyasiyasında son üç onillikdə təxminən 70-75 faiz azalma müşahidə olunub. Bioloqlar maralların populyasiyasının davamına kömək etmək üçün böyük dövlətlər tərəfindən təbiətin qorunmasına diqqətin artırılmasını vacib hesab edirlər. Onların fikrincə, vəhşi təbiətin idarə edilməsinə investisiyaların artırılması zəruridir. Bu zaman xüsusilə istixana qazlarının emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına böyük ehtiyac yaranıb.

Sözügedən tədqiqatlara töhfə verən Kaliforniya Davis Universitetindən Erik Post həyəcan təbili çalaraq deyib ki, Şimal maralı və karibunun “itməsi” Tundrada bitki müxtəlifliyində azalmaya səbəb olacaq. E.Post həmçinin əmindir ki, maralların mövcudluğuna yaranmış təhdidlərin ağır fəsadları olacaq. Onun sözlərinə görə, bu Arktika torpaqlarında karbon ehtiyatının azalması da daxil olmaqla, bir çox mənfi kaskad təsirlərə malik olacaq.

Amerikalı nüfuzlu bioloq sonra demişdir: "Min illərdir ki, bəşər övladı öz rifahı naminə maral və karibuların sağlam populyasiyalarından bəhrələnir. Ətindən, südündən dərisindən istifadə edir, xizəklərə qoşur. İndi biz onları düşünməli, öz borcumuzu verməliyik. Yəni ana təbiətin bu gözəl məxluqlarının taleyinə biganə qalmamalıyıq. Təbiətin qisası ağır ola bilər!”

M.HACIXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Avqust 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see279

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see273

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see265

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see251

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see246

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see246

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see240

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see238

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see227

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see221

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see220

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see210

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see203

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see202

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see199

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see199

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see197

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see187

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see178

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri