Müəllimlər maaş artımı üçün beş il gözləməməlidir
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sertifikasiyada nəticəsini yüksəltmək istəyən müəllimlərə beş il gözləmədən yenidən imtahan vermək imkanı yaradılmalıdır.
Modern.az xəbər verir ki, bu təkliflə təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri “AzEdu Podkast” verilişində çıxış edib.
O bildirib ki, daha yüksək əməkhaqqı əlavəsi almaq üçün cəmi bir-iki balı çatmayan müəllimin növbəti sertifikasiya dövrünü gözləməsi onun maddi vəziyyətinə təsir edir.
“Təsəvvür edin, bircə bala görə həmin müəllim beş il gözləməlidir. Bu, 60 ay deməkdir”, – tədqiqatçı vurğulayıb.
Elmin Nuri hesab edir ki, müəllimlərə əlavə hazırlaşaraq bir müddət sonra könüllü şəkildə təkrar imtahanda iştirak etmək imkanı verilməlidir. Bu halda müəllim nəticəsini yaxşılaşdıraraq daha yüksək maaş əlavəsi qazana bilər.
O, bunun rəsmi qərar deyil, sertifikasiyanın növbəti mərhələsi ilə bağlı təklifi olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 10 Noyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















