Arsenal Salibaya əvəzedici tapıb
Icma.az, sport24.az saytına istinadən bildirir.
"Arsenal" müdafiə xəttini gücləndirmək üçün "Aston Villa"nın futbolçusu Ezri Konsanı transfer siyahısına daxil edib. Sport24.az "The Guardian"a istinadən xəbər verir ki, klubu 27 yaşlı müdafiəçini Uilyam Salibanın mümkün yoxluğuna görə əsas namizədlərdən biri hesab edir.
Məlumata görə, "Aston Villa" İngiltərə millisinin üzvünü satmağa isti baxmır və onun üçün 100 milyon funt sterlinqdən artıq məbləğ tələb edir.
"Arsenal"ın bu addımı Salibanın zədəsi ilə əlaqədardır. Fransa millisinin müdafiəçisi Dünya Çempionatının İspaniyaya qarşı yarımfinal görüşündə zədələnərək meydanı erkən tərk edib. Bel nahiyəsində uzun müddətdir ağrılar hiss edən 25 yaşlı futbolçunun yeni mövsümün başlanğıcını buraxa biləcəyi bildirilir. Klub yaxın günlərdə onun vəziyyətini yenidən qiymətləndirəcək və əməliyyata ehtiyac olub-olmaması barədə qərar verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 17 İyul 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















