“Arsenal”ın məşqində qeyri adi tapşırıq Video
Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın hazırlıq prosesində maraqlı üsullardan istifadə etməyə davam edir.
QOL.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin son məşqindən yayılan görüntülərdə futbolçuların qeyri-adi məşq etdiyi diqqət çəkib. Tapşırığa əsasən, oyunçular bir əllərində qələm və ya karandaş tutaraq eyni anda topa nəzarət edib. Futbolçular qruplara bölünərək həm də bu əşyaları birlikdə saxlayıb. Budan başqa topu qrup halında başla idarə ediblər.
Güman edilir ki, bu məşq diqqəti eyni anda iki işə yönəltmək və topa nəzarəti inkişaf etdirmək məqsədi daşıyır. Arteta özü keçirdiyi mətbuat konfransında tapşırığn sirrini açıqlamayıb və bunun paltərdəyişmə otağında qalacağını deyib.
Arteta daha əvvəl də qeyri-adi yanaşmaları ilə tanınıb. O, futbolçuların diqqətini artırmaq üçün cibgirlər dəvət edib, həmçinin komandanın stressini azaltmaq məqsədilə məşqlərə it gətirib.
Hazırda “Arsenal” İngiltərə Premyer Liqasında 31 turdan sonra 71 xalla liderdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Aprel 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















