“Arşın mal alan” Xankəndidə nümayiş olunub
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
20 sentyabr - Xankəndi Şəhəri Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.
XQ xəbər verir ki, Üzeyir bəyin bənzərsiz sənət yadigarı Xankəndi Mədəniyyət Mərkəzində təqdim edilib. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.
Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə, Şəbnəm Hüseynova ifa ediblər. Bir əsrdən artıqdır şöhrəti dünyanı dolaşan operetta tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 21 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















