Icma.az
close
up
RU
Tarix Muzeyində yeni ekspozisiyanın təqdimat keçirilib FOTOLAR

Tarix Muzeyində yeni ekspozisiyanın təqdimat keçirilib FOTOLAR

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Şəhər İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin birgə layihəsi olaraq Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsinə həsr edilən ekspozisiyanın və yeni yaradılmış Zəfər zalının təqdimat mərasimi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, ölkənin tanınmış elm və mədəniyyət xadimləri, təhsil və ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirakı ilə keçirilən mərasimi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq tədbir iştirakçılarını salamlayıb, muzeydə yaradılan yeni ekspozisiya və Zəfər zalı barədə məlumat verib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, altı il əvvəl biz 44 gün həyacan və narahatçılıq yaşadıq və nəticədə şanlı Qələbə əldə olundu. Son 200 ildə ilk dəfə xalqımız işğal olunan torpaqlarını geri qaytarmağa nail oldu. Bu illər ərzində düşmən həmin düşmən, xalq elə həmin xalq idi. Lakin bu dəfə qazanılan Şanlı Qələbəmizin təməlində Prezident İlham Əliyevin şəxsiyyət faktoru, onun dahi intellekti və siyasəti durur. 

Mərasimdə Mədəniyyət naziri Adil Kərimli öz çıxışında qeyd edib ki: Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər xalqımızın iradəsinin, birliyinin və Vətən sevgisinin təntənəsidir. Bu gün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və bütün qəhrəmanlarımıza minnətdarlığımızı bildiririk.

Tədbirdə qeyd edilib ki, ekspozisiyada tarixi materiallarla yanaşı, müasir texnoloji və interaktiv həllər də təqdim olunub. Burada kiçik yaşlı ziyarətçilər üçün simulyasiya oyunu, müasir informasiya tabloları, həmçinin azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərini, “Böyük Qayıdış” prosesini əks etdirən immersiv zal yaradılıb.

Ekspozisiyanın əsas məzmunu Azərbaycanın tarixi Zəfərinin, ərazi bütövlüyünün bərpasının və müharibədən sonrakı quruculuq prosesinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən rəhbərliyi və həyata keçirdiyi strategiya sayəsində reallaşdığını nümayiş etdirməkdir. Müasir texnologiyalar vasitəsilə bu tarixi proseslər ziyarətçilərə daha əyani və interaktiv şəkildə təqdim olunur.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə, şəhid anası Məleykə Məcidova və Vətən müharibəsi qazisi Famil Məlikov çıxışlarında müharibənin tarixi əhəmiyyətindən, xalqımızın birlik və həmrəyliyindən bəhs ediblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib.

Hazırda həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı sürətlə davam edir.
Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitutunun birgə layihəsi olan, Vətən müharibəsindən sonrakı dövrdə baş verən mühüm tarixi hadisələrə həsr edilmiş “Vətən müharibəsi tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası – Şəxsiyyət faktoru” kitabının ingilis və rus dillərində nəşrləri təqdim olunub.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Noyabr 2026 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri