Icma.az
close
up
RU
Artan ailədaxili qətllər: Problemin kökündə nə dayanır?

Artan ailədaxili qətllər: Problemin kökündə nə dayanır?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda törədilən bir çox qətllərin statistikası göstərir ki, cinayətlər əksər hallarda ailə üzvləri, qohumlar və tanışlar tərəfindən törədilir.

Atasını qətlə yetirən övlad, həyat yoldaşını öldürən ər və ya bacısına qəsd edən qardaş… bu cür xəbərlərin sayı durmadan artır.

Məhz xaricdə cinayətlər adətən ictimai yerlərdə və tanımadıqları insanlar arasında baş verirsə, bizdə isə qətllər daha çox ailə üzvləri arasında olur. Bu isə cəmiyyətin dərin psixoloji və sosial problemləri ilə üz-üzə olduğunu göstəricisidir.

Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda qətllərin ailə daxilində baş verməsinin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında psixoloq Sevinc Həbibova bildirdi ki, Azərbaycanda emosional bağlılıq, xaricdə isə sosial səbəblər cinayətlərə yol açır:

“Əslində bu çox ciddi, düşündürücü məsələdir. Azərbaycanda ailə və qohum münasibətlər bir-birinə sıx bağlıdır. Bu yaxınlıq bəzən şəxsi sərhədlərin pozulmasına, nəzarət və təziqlərə gətirib çıxarır.

Cəmiyyətin bir çox təbəqəsində psixoloji maarifləndirmənin zəif olması, insanların aqressiya və emosiyalarını idarə edə bilməməsi bu cür faciəli nəticələrə səbəb ola bilir. İnsanlarda uşaqlıqdan gələn travmalar, basdırılmış duyğular, ailə daxili zorakılıq sonradan cinayət davranışına gətirib çıxara bilər.

Azərbaycanda yaxın insanlar arasında cinayət hadisəsinin baş verməsinin əsas səbəblərinə ailədaxili münasibətlər və boşanma hallarında baş verən gərginlikdir. Psixoloji dəstək və hüquqi yardım imkanları yetərli olasa belə, bu kimi cinayət halları ilə tez-tez qarşılaşırıq.

Xaricdə isə cəmiyyət daha fərdi qurulub, insanlar arsasında emosiyanal yaxınlıq və gündəlik təmas azdır. Orada qətillər əsasən təsadüfi, soyğunçuluq və ya çəkişmə zamanı olur. Xaricdə də hüquqi sistemlər güclüdür, ailədaxili zorakılıqla bağlı ciddi, preventiv tədbirlər mövcuddur”.

Onun sözlərinə görə, zorakılıq və laqeyd mühit cinayətə zəmin yaradır, sosial şəbəkələr isə bu halları normallaşdıraraq uşaqlara mənfi təsir göstərir:

“Azərbaycanda yaxınlar arasında baş verən qətlərin əsasında ailədaxili zorakılıq, təziqlər və təhsil çatışmazlığı durur. Cinayəti törədən şəxslərdə ciddi şəkildə təhsil çatışmazlığı var.

Qadın hüquqlarını müdafiəsinin üzərinə daha ciddi şəkildə düşsələr, belə cinayətlərin sayı azalar. Uşaqlıqda sevgi göstərilməyən şəxslərdə travma qaldığı üçün həyatın bütün mərhələlərində aqressiya özünü göstərir.

Tövsiyə edirəm ki, sosial şəbəkələrdə cinayət hadisələri ilə bağlı videoçarxlar az nümayiş etdirilsin. Çünki uşaqlar o qədər bu kimi hallar görür ki, artıq belə xəbərlər onlara adi göstərgə olur”.

Psixoloq qeyd edib ki, sosial əlaqələr və duyğusal bağlılıqlar bəzən ailədaxili münaqişə və cinayətlərin yaranmasına gətirib çıxarır:

“Azərbaycanda insanlar arasında çox sıx münasibətlər var, ona görə də hamının hər şeydən xəbəri olur. Bəzən ailələr arasında cinayət halları namus, qeyrət məsələləri üzərində də baş verir.

Azərbaycanda münasibətlərin əksəriyyəti sevgi əsasında qurulur, xaricdə isə məntiqə əsaslanan münasibətləri görürük. Ona görə də belə hadisələr ölkədə bəzən qısqanclıqla əsaslandırılmağa çalışılır.

Hüquq-mühaifizə orqanları bu məsələrdə qabqalayıcı tədbirlər görməyə çalışır, həmçinin cəmiyyətdə maarifləndirmə işlərinin aparılması  da belə cinayət hadisələrinin azlmasına səbəb ola bilər”.

Gülər
“Cebheinfo.az”

Açar sözlər: ailədaxili qətllər Sevinc Həbibova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri