Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Artan şagird cinayətləri: “Bizi ciddi faciələr gözləyir” Sosioloqdan XƏBƏRDARLIQ

Artan şagird cinayətləri: “Bizi ciddi faciələr gözləyir” Sosioloqdan XƏBƏRDARLIQ

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Son dövrlərdə məktəblərdə şagird cinayətləri və özbaşınalıqları gündəmdə olan aktual məsələlərdən biridir.

Məlum məsələdir ki, bu vəziyyət həm təhsil, həm də cəmiyyət üçün ciddi narahatlıq doğurur.

Bütün bu hallar gənclərin gələcək davranış formalarının təkamülünü və sosial münasibətlərini mənfi təsiri altına alır.

Bəs bu problemin qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info -ya danışan Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı bu vəziyyətin olduqca ciddi olduğunu deyib.

O, təəssüf etdiyini bildirib ki, son vaxtlar bu kimi hadisələrin sayı sürətlə artır və kütləviləşir.

“Bu vəziyyət ciddi bir xəbərdarlıq siqanılı olsa da, görünür heç kimə maraqlı deyil. Bu gün biz məsələnin öncə məsələnin səbəblərini araşdırmalı və problemin həlli yollarını tapmalıyıq.

Konkret şəkildə desək, məlum səbəblər son dövrlərdə aparılan təbliğatlarla, həmçinin həyat tərzinin və mənəvi dəyərlərin dəyişməsi ilə bağlıdır.

Son zamanlar bəzi “psixoloqlar” və saxta “ziyallar” təbliğat aparırlar ki, uşaqlara tərbiyə vermək lazım deyil. Onların fikrincə, uşaqlar sərbəst böyüməli və nə istəyirlərsə, onu etməlidirlər.

Bu gün cəmiyyətdə və bir çox ailələrdə uşaq tərbiyəsinə kifayət qədər diqqət ayrılmır. Sosial və iqtisadi çətinliklər isə vəziyyəti daha da çətinləşdirir. Valideynlər maddi problemlərə görə gündəlik ehtiyaclarını qarşılamaq üçün çox vaxtlarını işdə keçirirlər, bu da uşaqlarına tərbiyə vermək və onlarla vaxt keçirmək imkanlarını azaldır.

Bundan əlavə, uşaqların vaxtlarını düzgün təşkil etmək və tərbiyəvi məsələlərə cəlb etmək üçün heç bir lazımi şərait yaradılmır, resurslar mövcud deyil. Məsələn, Sovet dövründə uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün çoxlu təşkilatlar fəaliyyət göstərirdi. Həmin dövrdə uşaqlar müxtəlif təşkilatlara cəlb olunaraq faydalı işlərlə məşğul olurdular.

O dövrdə uşaqlar idman mərkəzlərinə pulsuz cəlb olunurdular. Bir çox yaradıcılıq və ixtiracılıq mərkəzləri fəaliyyət göstərirdi, müxtəlif yarışlar və konkurslar təşkil olunurdu. Bu da uşaqların asudə vaxtlarını düzgün keçirməsinə, doğru tərbiyə almalarına, ictimai və sosial məsuliyyət hissi qazanmalarına kömək edirdi. Eyni zamanda, böyük-kiçik hörməti və mənəvi dəyərlərə uyğun şəkildə böyümələri təmin olunurdu. Lakin son dövrlərdə bu sistemlərin heç biri mövcud deyil”, – deyə sosioloq vurğulayıb.

E.Bayramlının fikrincə, bu gün mənəvi dəyərlər demək olar ki, tamamilə məhv olub.

“Sərbəstlik və azadlıq adı altında biabırçı bir nəsil yetişir, sanki zombi nəsil yaranır. Bu uşaqların bizim milli mədəniyyətimizlə heç bir əlaqəsi yoxdur. Onlar Azərbaycan xalqının kinolarını, tamaşalarını, mahnılarını tanımırlar, bizim mənəvi irsimizdən xəbərsizdirlər. Böyük-kiçik hörməti yox olub, bütün dəyərlər məhv edilib. Dövrün uşaqları artıq başqa bir psixologiya ilə böyüyürlər. İnternetdə yayılan təsirlər, onlara nəzarət olunmadan verilən smartfonlarla, onların dünyagörüşünü formalaşdırır. Bu, çox təhlükəli bir vəziyyətdir.

Bütün bunlar uşaqların psixologiyasına ciddi, mənfi təsir göstərərək onların tərbiyəsini pozur.

Onu da qeyd etmək istərdim ki, sovet dövründə məktəblər həm təhsil, həm də tərbiyə ocağı idi.
Son dövrlərdə sanki qəsdən məktəblərdən tərbiyə funksiyası alınıb. Nəticədə, uşaqlar evdə valideynləri ilə vaxt keçirə bilmir və ya tərbiyəsiz böyüyürlər. Məktəbdə isə bu funksiya müəllimlərdən alındığı üçün, məktəbdə də düzgün tərbiyə verilmir.

Nəticədə, belə hallarla qarşılaşırıq. Bütün bu dediklərim problemin həm səbəbləri, həm də nəticələridir”, – deyə o bildirib.

Sosioloq hesab edir ki, sözügedən problemlərin həlli üçün dövlətin xüsusi uşaq proqramı olmalıdır.

O, vurğulayıb ki, uşaqların sağlam böyüdülməsi, həmçinin asudə vaxtlarının təşkili üçün bütün mümkün şəraitlər yaradılmalıdır.

“İndi valideynlərin bu imkanı yoxdur. Aylıq 50-100 manatlıq dərslər, yaradıcılıq kursları və digər fəaliyyətlərə uşaqları göndərmək çətindir. Çox vaxt, valideynlər uşaqlarının normal təhsilini belə təmin edə bilmir, məktəblərdə vəziyyət isə acınacaqlıdır. Belə bir vəziyyətdə dövlət tərəfindən sistematik şəkildə bu sahədə siyasət aparılmalıdır.

Bundan sonra mənəvi dəyərlərin təbliği gücləndirilməlidir. Bu müasir dövr adı altında, mənəvi dəyərlərimizə qarşı aparılan hücumlar dayandırılmalıdır – xüsusən televiziyalar və internet vasitəsilə.

Məktəblərin tərbiyə funksiyası geri qaytarılmalı, müəllimlərin rolu gücləndirilməlidir. Uşaqlara nəzarət həm valideynlər, həm cəmiyyət, həm də dövlət tərəfindən artırılmalıdır. Uşaqlara sosial və psixoloji dəstək verən bir çox proqramlar olmalıdır.

Kompleks şəkildə dövlətin həyata keçirəcəyi, cəmiyyətin və valideynlərin də iştirak edəcəyi bir sistem şəklində həyata keçirilməlidir. Yalnız bu yolla bu bəladan qurtula bilərik. Əks halda, vəziyyət getdikcə pisləşəcək. Necə ki, gözümüzün qabağında uşaq kriminalı, tərbiyəsizlik və əxlaqsızlıq halları artır, uşaq cinayətləri isə getdikcə çoxalır.

Bütün bunlar bizim milli genofondumuzu məhv edir və sağlam gələcəyimizi indidən sarsıdır. Bu məsələyə artıq ciddi tədbirlər görülməlidir. Dövlət başda olmaqla, cəmiyyət də bu istiqamətdə addımlar atmalıdır.

Çox təəssüf ki, minilliklər boyu formalaşmış mənəvi dəyərlər sistemimizi gənc nəsilə ötürə bilmədik. Biz onları öz dəyərlərimizlə böyütməli, tərbiyə və təhsilinə diqqət yetirməliyik. Bu məsələnin bir tərəfi də sosial vəziyyətdir”, – mütəxəssis deyib.

E.Bayramlı onu da qeyd edib ki, insanların da sosial vəziyyəti yaxşı olmalıdır ki, uşaqları sağlam və düzgün böyüdə bilsinlər.

“Kompleks şəkildə bu problem belə həll olunmalıdır. Əks halda, bizi yaxın gələcəkdə ciddi faciələr gözləyir və gələcəyimiz üçün çox acınacaqlı bir vəziyyət yaranacaq”, – deyə sosioloq fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see326

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see209

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see179

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see125

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri