Icma.az
close
up
RU
Artan temperatur qadınlarda xərçəng riskini artırır ARAŞDIRMA

Artan temperatur qadınlarda xərçəng riskini artırır ARAŞDIRMA

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İqlim dəyişikliyi və qlobal istiləşmə ilə bağlı narahatlıqlar davam etdiyi bir dövrdə, Orta Şərq və Şimali Afrikadakı 17 ölkəni əhatə edən genişmiqyaslı tədqiqat qadın sağlamlığı ilə bağlı ciddi təhlükəni üzə çıxarıb.

Redaktor.az xəbər verir ki, “Frontiers in Public Health” jurnalında yayımlanan araşdırmaya əsasən, artan temperatur qadınlarda süd vəzi (döş), yumurtalıq, uşaqlıq və uşaqlıq boynu xərçəngi hallarını həm daha geniş yayılmış, həm də daha ölümcül hala gətirir.

Tədqiqatda Cezayir, Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Liviya, Mərakeş, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Tunis, BƏƏ və Fələstin üzrə 1998–2019-cu illər arasında toplanmış xərçəng və ölüm statistikaları 2050-ci ilə qədər proqnozlaşdırılan temperatur artımı ilə müqayisə olunub. Mütəxəssislər hesablayıblar ki, hər 1 dərəcə Selsi temperatur artımı 100 min nəfərdə xərçəng hallarını 173 artıraraq 280-ə, ölüm hallarını isə 171 artıraraq 332-yə yüksəldir.

Ən çox artım yumurtalıq xərçəngi hallarındadır, ən az artım isə süd vəzi xərçəngində müşahidə olunub. Ölüm göstəricilərində isə yumurtalıq xərçəngi ön sıradadır, uşaqlıq boynu xərçəngində isə ən az artım qeydə alınıb.

Tədqiqat nəticələrinə görə, artan istiliklə əlaqədar xərçəng və ölüm hallarında ən yüksək göstəricilər Qətər, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ və Suriyada qeydə alınıb. Xəstəliklərin yayılma göstəriciləri ölkədən ölkəyə və xərçəng növünə görə fərqlənir. Məsələn, hər 1 dərəcə temperatur artımı zamanı Qətərdə süd vəzi xərçəngi hallarının 100 min nəfərdə 560 nəfərə, Bəhreyndə isə 330 nəfərə yüksəldiyi müəyyən edilib.

Araşdırmanın əsas müəllifi, Qahirə Amerika Universitetinin alimi Dr. Vafa Abuelkheir Mataria bildirib: “İstilər artdıqca qadınlarda xərçəngdən ölüm hallarının da artdığını görürük. Bəli, hər dərəcə temperatur artımı ilə xəstəlik artımı nisbətən az görünə bilər, lakin bunun ictimai sağlamlığa təsiri əhəmiyyətlidir”.

Tədqiqatın digər müəllifi Dr. Sungsoo Chun isə əlavə edib ki, qadınlar, xüsusilə də hamiləlik dövründə, iqlimlə bağlı sağlamlıq risklərinə qarşı daha həssasdır: “Sosial bərabərsizliklər, tibbi xidmətlərə çıxışın məhdud olması bu vəziyyəti daha da ağırlaşdırır. Qadınlar həm ətraf mühitin yaratdığı təhlükələrə daha çox məruz qalırlar, həm də erkən diaqnostika və müalicə imkanlarından daha az faydalana bilirlər”.

Mütəxəssislər artan istiliklə bağlı risklərin yalnız ekoloji deyil, eyni zamanda qadın sağlamlığı üçün də ciddi təhlükə olduğunu bildirərək, profilaktik tədbirlərin genişləndirilməsinin vacibliyini vurğulayırlar.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyul 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see312

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see307

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see265

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see223

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see220

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see217

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see215

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see215

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see215

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see211

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see211

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see208

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see197

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see193

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see188

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see188

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see179

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see176

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see175

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri