Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Sumqayıt ın Antalya toplanışı

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Rusiya Baş nazirin müavini: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur

Rusiya Baş nazirin müavini: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya, Azərbaycan və İran yeni Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və bu Dəhlizin Qərb marşrutunun formalaşdırılmasında maraqlıdır.

Bunu APA-ya eksklüziv açıqlamasında Rusiya Baş nazirin müavini Aleksey Overçuk bildirib.

Qlobal Cənubun bazarlarına çıxış imkanı

Rusiya Baş nazirin müavini deyib ki, burada söhbət həm dəmir yolu, həm də avtomobil nəqliyyatından gedir. Hər üç ölkə hər biri öz ərazisində bu böyük layihəni həyata keçirmək üçün səy göstərir: “Bu layihə həqiqətən qlobal əhəmiyyət kəsb edir. Çünki biz bu gün dəyişən dünyada yaşayırıq, iqtisadi mərkəz Qərbdən Şərqə və Cənuba doğru yer dəyişir. Buna görə də, biz Rusiyada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən Qlobal Cənubun bazarlarına çıxış imkanı olaraq nəzərdən keçiririk. Əlbəttə, biz bu ölkələrdən məhsul idxalında da maraqlıyıq. Bu səbəbdən biz maraqlıyıq ki, rusiyalı ixracatçılar bu bazarlara çıxmaq üçün daha əlverişli rəqabət şəraitinə malik olsunlar. Azərbaycan və İran elə coğrafiyada yerləşirlər ki, bu, bizim üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur. Biz əslində bu dəhlizin, bu nəqliyyat dəhlizinin tikintisi ilə məşğuluq. Biz uzun müddətdir, təxminən yarım ildir bu görüşü planlaşdırdıq və nəhayət, bu görüş baş tutdu”.


“Azərbaycan öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində çox böyük səylər göstərir”

Aleksey Overçuk oktyabrın 13-də Bakıda Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev, İran yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiya tərəfindən özünün rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə çox əhatəli məlumat mübadiləsi oldunu söyləyib: “Hər ölkə öz nümayəndə heyətinin rəhbəri digər tərəfdaşları öz ölkələrində həyata keçirilən təşəbbüslərlə tanış etdi. Həmçinin biz sahələr üzrə mütəxəssislərimizi, Şimal-Cənub Nəqliyyat Dəhlizində bu və ya digər sahəyə cavabdeh olan qurumların rəhbərlərini dinlədik. Bəzi xüsusi məqamlar var, biz bunları görürük və anlayırıq ki, ölkələrimizin rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq addımlar atılmalıdır. Xüsusilə də, biz 2030-cu ilə qədər Şimal-Cənub vasitəsilə 15 milyon ton yük daşınmasının təmin olunmasına çalışırıq. Bu çox ciddi göstəricidir, hər üç ölkədən ciddi hazırlıq, üç ölkənin koordinasiyalı fəaliyyətini tələb edir. Biz anlamalıyıq ki, bu marşrut boyunca belə bir yük dövriyyəsini təmin edəcək infrastruktur olacaq. Buna görə də bu ümumi məqsədə birgə nail olmalıyıq. Biz həm Rusiyada, həm Azərbaycanda, həm də İranda hansı işlərin görüldüyünü görürük. Biz İranda iranlılarla birlikdə Astara və Rəşd arasında 160 kilometrdən bir qədər uzun dəmir yolu xəttinin tikintisi üzərində çalışırıq. Eyni zamanda, biz bilirik ki, İranda bu marşrut boyu bəzi dar yerlər var ki, onlar da genişləndirilməlidir. Biz bilirik ki, Azərbaycan bu böyük ümumi məqsədə nail olmaq üçün öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində çox böyük səylər göstərir. Biz razılaşdıq ki, müvafiq sahəvi quruların rəhbərlərinin müavinləri səviyyəsində işçi qruplar yaradaq və bu işi koordinasiya etsinlər. Razılaşdıq ki, hər altı ayda bir toplaşaq və baxaq ki, nələri etmişik, hansı problemlər var, layihə ilə bağlı irəli getmək üçün hansı problemlərin daha yüksək səviyyədə həllinə ehtiyac var”.

“İranda tıxacda yük maşınlarının böyük əksəriyyətinin Rusiya qeydiyyatı olduğunu gördük”

Rusiya Baş nazirin müavini Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin avtomobil yolu hissəsi ilə əlaqədar Azərbaycanın gördüyü işlərə diqqət çəkib: “Biz Azərbaycanın Rusiya sərhədindən İran sərhədinə qədər yük daşımaları üçün ən yaxşı şəraiti təmin etmək məqsədilə avtomobil yoluna böyük investisiyalar qoyduğunu görürük. Müasir yolları, müasir keçid məntəqələrini görürük, bunlar müştəriləri cəlb etməyə yönəlib. Rusiya tərəfdə də müasir keçid məntəqələri qurulur, yol infrastrukturu yaxşılaşdırılır, şəhərlərin ətrafında keçən dairəvi yollar salınır ki, yük axını şəhərlərə daxil olmasın. Əlbəttə, biz İran tərəfində də bizim yük daşıyıcılarımız üçün yaxşı şəraitin yaradılmasını çox maraqlıyıq. Bu gün İranda olduğumuz zaman, oradakı tıxacda çoxsaylı yük maşınlarının böyük əksəriyyətinin Rusiya qeydiyyatı olduğunu gördük. Təbiidir ki, biz istəyirik ki, bu maşınların sərhədi daha sürətli keçmək imkanı olsun. Təbii ki, bütün təhlükəsizlik prosedurları və tələblərini gözləyərək. Ancaq biz yük daşıyıcılarımız üçün ən yaxşı şəraiti yaratmağa çalışırıq”.

Üçtərəfli mexanizmlər

Aleksey Overçuk Bakıda keçirilən görüşlərdə mövcud problemlərin üç ölkə formatında həll edilməsi qərarına gəldiklərini açıqlayıb: “Bunun üçün mütəmadi görüşlər keçiriləcək, problemlər müəyyən ediləcək və onların həlləri tapılacaq. Buna görə də, biz hesab edirik ki, dünən və bu gün keçirilən üçtərəfli görüşlər nəticəsində gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin effektiv beynəlxalq dəhlizə çevrilməsinə çalışmaq üçün mexanizmlər formalaşdırmağa nail olmuşuq. Yəni bu dəhlizdən daşıyıcılar daha çox istifadə etməyə çalışsınlar. Rusiya, Azərbaycan və İran bunda maraqlıdırlar. Buna görə də biz hesab edirik ki, bu görüş çox məhsuldar oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://apa.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see274

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see251

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see249

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see216

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see202

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see180

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see172

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see169

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see168

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see141

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see141

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see139

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see138

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri