Arteta gələcəyindən danışdı
Qol.az saytına istinadən Icma.az xəbər verir.
"Arsenal"ın baş məşqçi Mikel Arteta klubdakı gələcəyi barədə danışıb.
QOL.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis London təmsilçisində xoşbəxt olduğunu deyib:
"Mən bu kluba tamamilə sadiqəm. Çox xoşbəxtəm və özümü əla hiss edirəm. Ailəm yaxşı vəziyyətdədir. Bu futbol klubunda hələ də nail olmaq istədiyim bir çox ambisiyalarım və məqsədlərim var".
O, "Arsenal"da Arsen Venger qədər - 22 il qala bilərsinizmi" sualına belə cavab verib: "Mən sabahla bağlı düşünmürəm. Bu, indiki zaman və hazırda nə ilə məşğul olduğunuzla bağlıdır. Əlindən gələni etməli və komandanı, klubu böyük nailiyyətlərə aparmalıyam. Hazırda özümü tam olaraq belə hiss edirəm".
Qeyd edək ki, Arteta 2019-cu ildən "topçular"ı çalışdırır.
Baxış sayı:79
Bu xəbər 11 Aprel 2026 12:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















