Meloni Avropa İttifaqının təklifini rədd etdi
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“İtaliya hazırkı mərhələdə Avropa İttifaqının (Aİ) çoxillik büdcəsini dəstəkləməyəcək”.
Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.
O, Aİ-nin növbədənkənar sammiti çərçivəsində büdcə müzakirələrinə həsr olunmuş görüşdə çıxışı zamanı məsələ ilə bağlı razılığa gəlinməsinə hələ çox uzaq olduğunu vurğulayıb:
“Razılığa gəlməkdən işıq illəri qədər uzağıq. Bu təklifə “yox” deyirik, çünki verdiyimizdən daha azını alırıq”.
Meloni heç bir konkret vaxt çərçivəsi müəyyən etmədiyini, amma müəyyən şərtlər irəli sürdüyünü və hazırda nikbin olmadığını qeyd edib.
Avropa İttifaqının 2028-2034-cü illəri əhatə edən yeddiillik büdcə planı ilə bağlı üzv dövlətlər arasında hələlik kompromis əldə olunmayıb.
Şimali Avropa ölkələri büdcənin azaldılmasını tələb edir, Cənubi və Şərqi Avropa dövlətləri isə təklif olunan layihəni kifayət qədər hesab etmirlər. Bir sıra Şərqi Avropa ölkələri yeni vergilərin tətbiqinə də qarşı çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 26 Noyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















