ARTİ rəsmisi internetsiz kənddə ev ev gəzib dərs keçən müəllimdən DANIŞDI
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Pandemiya dövründə İmişli rayonunun Aranlı kəndində çalışan ibtidai sinif müəllimi internet imkanlarının məhdudluğu səbəbindən şagirdləri kiçik qruplara bölərək evlərdə dərs keçib.
Redaktor.az xəbər verir ki, bunu riyaziyyat dərsliklərinin ictimai müzakirəsində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bildirib.
O, 2020-ci ilin noyabr-dekabr aylarında həmin məktəbdə monitorinq apardığını və Qəbələdən təyinatla kəndə gəlmiş müəllimin fəaliyyətinin onda böyük təəssürat yaratdığını deyib:
“Həmin dövrdə pandemiya idi, 44 günlük müharibə yeni başa çatmışdı. Məktəbdə internet olmadığı üçün onlayn dərs keçmək mümkün deyildi. Müəllimə şagirdləri üç-dörd nəfərlik qruplara bölmüşdü. Səhər saat 8-dən axşam saat 6-ya qədər ayrı-ayrı evlərə gedərək onlara dərs keçirdi. Bir dəfə keçməli olduğu dərsi müxtəlif qruplar üçün dörd dəfə təkrarlayırdı. Hesab edirəm ki, belə müəllimlərin əməyi yüksək qiymətləndirilməlidir”.
M.Məhərrəmov həmin məktəbdə şagirdlərin həndəsi təsəvvürləri ilə bağlı müşahidəsini də bölüşüb.
Onun sözlərinə görə, ibtidai sinif şagirdlərindən birinə konusa yuxarıdan baxdıqda nə gördüyü soruşulub. Şagird isə yalnız dairəni deyil, onun mərkəzindəki nöqtəni də qeyd edib.
Şöbə müdiri bu nümunənin uşaqların düşünmə və müşahidə bacarıqlarına düzgün yanaşmağın vacibliyini göstərdiyini vurğulayıb.
“Biz müəllimlərimizin və şagirdlərimizin imkanlarını kiçiltməməliyik”, - deyə o əlavə edib (Azərbaycan müəllimi).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 19 Noyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















