Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Artımlar yanvar ayından qüvvəyə minir

Artımlar yanvar ayından qüvvəyə minir

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək

2025-ci ilin yanvar ayından etibarən ölkəmizdə beşinci sosial islahat paketi çərçivəsində sosial artımların icrasına start verilib. Dövlət başçısının  imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” sərəncamına uyğun olaraq, ilk növbədə, minimum əməkhaqlarının artımının təmin edilməsi icra olunacaq. Minimum aylıq əməkhaqqının məbləğinin 16 faiz artırılaraq 345 manatdan 400 manata çatdırılması sayəsində dövlət və özəl sektorda çalışan insanların maaşlarının ən aşağı məbləği 400 manat təşkil edəcək.

Minimum əməkhaqqındakı artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da təxminən bir ay müddətində bu sərəncama uyğunlaşdırılacaq və artırılacaq. Sosial, elm, səhiyyə, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan dövlət qulluqçusu statusu olmayan işçilərin də əməkhaqqı artacaq.

800 min nəfərin əməkhaqqı artacaq

Qeyd edək ki, sosial təyinatlı artımlar “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” istinadən Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında hazırlanmış layihə üzrə müəyyənləşib. Dövlət başçısı bir neçə ay əvvəl minimum əməkhaqqı və minimum pensiyanın artırılması barədə göstəriş verib və aidiyyatı nazirliklər tərəfindən də bu istiqamətlərdə yekun təklif və layihə hazırlanıb. Beləliklə, 2025-ci il yanvarın 1-dən 400 manata çatdırılacaq minimum əməkhaqqının yeni əmsalları sayəsində ölkə üzrə 700-800 min vətəndaşın əmək haqqının artımı təmin olunacaq. 

Minimum əməkhaqqının artımı əhalinin gəlirlərinə müsbət təsir etməklə, həm də əmək bazarına mühüm fayda verir, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, məhsuldarlığının, əməyin leqallaşdırılmasını təmin edir. Minimum əməkhaqqının növbəti artımından sonra bu rəqəm yaşayış minimumunu təxminən 30-40 faiz üstələmiş olacaq. Digər tərəfdən minimum əməkhaqqı artımı,  ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də yüksəlməsinə imkan verəcəkdir. Qeyd edək ki, həmin nisbət 2018-ci ildəki 26,5 faizdən 2019-cu ildəki 33,3 faizə, 2020-ci ildəki 38 faizə yüksəlib. 2022-ci ildə isə 40 faiz səviyyəsinə yüksəlib. Bununla da bu nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində mühüm irəliləyiş olacaq.

Minimum pensiya və ünvanlı yardım da yüksəlir

Minimum pensiya məbləği isə fevralın 1-dən artacaq və 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar növbəti aydan artırılmış 40 manat məbləği davamlı alacaqlar. Ancaq ünvanlı dövlət sosial yardımı ilə bağlı artım yanvardan hesablanacaq. Ehtiyac meyarının məbləği 2025-ci il yanvarın 1-dən 285 manata çatdırıldığından ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləği də həmin aya uyğun artırılacaq. Bir məqamı da aydınlaşdıraq ki, yeni ehtiyac meyarı məbləği əmsalı ünvanlı sosial yardım proqramı çərçivəsində yeni yardım almağa başlayan insanlara şamil olunacaq. Yəni, vətəndaşın müraciəti yanvar ayında müsbət cavablandırılaraq yardım ödənilməsi ilə bağlı qərar verildikdə, artırılmış məbləğlər də bu aydan tətbiq olunacaq.

Büdcədən maliyyələşən təşkilatlarda maaşlar 15 faiz  artırılıb

Prezidentin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamına əsasən,  Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı və Gəncə bölməsinin Aparatı, Heydər Əliyev Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, Atatürk Mərkəzi, dövlət arxivləri və filialları, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Aqrar İnnovasiya Mərkəzinin Aparatı, Maliyyə Elm-Tədris Mərkəzi, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Dövlət Film Fondu, Quba şəhərində “Soyqırımı memorial kompleksi”, Milli Aerokosmik Agentliyinin Aparatı, Milli Kulinariya Mərkəzi, Mənəvi Dəyərlərin Təbliği Fondu və icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıqların maaşları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Dövlət büdcəsindən maliyyələşən həmin təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının artımı əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini bir daha təsdiq edir, il ərzində icra olunacaq sosial paketin əhatəsinin daha da genişçlənəcəyindən xəbər verir.

Əmək pensiyalarının artımı da bu aydan hesablanacaq

Ölkə üzrə ən əhatəli artımlardan biri əmək pensiyalarının indeksasiyasıdır. İndeksləşdirmə bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Ona görə də, növündən asılı olmayaraq bütün əmək pensiyaçılarının pensiya məbləğində indeksasiyalar üzrə artımlar hesablanacaq.

Qanunvericiliyə əsasən, pensiyalar hər il yanvar ayında əvvəlki ilin yekun orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksasiya edilərək artırılır. 2024-cü ilin 11 ayı üzrə ölkədə orta aylıq əməkhaqqı artımı təxminən 8 faiz təşkil edib. İllik yekun rəqəm adətən yanvar ayının sonlarında və ya fevralın ilk günlərində açıqlanır. Təxmini proqnozlara görə, 2024-cü il üzrə yekun orta aylıq əməkhaqqı artımının 10 faiz olacağı gözlənilir. Belə olduğu halda əmək pensiyalarınını məbləği həmin göstəriciyə əsasən indeksasiya olunacaq. Yəni, 400 manat pensiya alan şəxsin pensiyası 40 manat artmış olacaq.

Rəsmi statistikanın elan edilməsi və indeksasiya üzrə hüquqi-iqtisadi məsələlərin tənzimlənməsi fevral ayının əvvəllərinə qədər vaxt apardığından pensiya artımları yanvar ayı da hesablanmaqla fevral ayında iki ay birlikdə ödəniləcək. Yəni, pensiyaçılar artımları gələn aydan etibarən əldə edəcəklər.

Digər sosial artımlar, yəni müavinət və təqaüdlərin yenidən hesablanaraq ödənilməsi isə 2025-ci ilin ikinci rübündə təmin olunacaq. Belə ki, dövlət başçısının imzaladığı 23 dekabr 2024-cü il tarixli sərəncamına uyğun olaraq, Nazirlər Kabineti üç ay müddətində müvafiq sənədi hazırlayacaq. Həmin sosial təkliflər toplusu mart ayının sonlarında hazır olduqdan sonra hüquqi mexanizm formalaşacaq və sosial paket üzrə bütün artımlar təmin ediləcək.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:313
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2025 09:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri