Icma.az
close
up
RU
“Avropa çıxış yolunu Azərbaycanda görür” Deputatdan AÇIQLAMA

“Avropa çıxış yolunu Azərbaycanda görür” Deputatdan AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu həftə Bakı şəhərində keçirilən 13-ci Qlobal Bakı Forumu və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri olduqca mühüm hadisələr kimi dəyərləndirilir. Hər iki tədbirdə, istər Qlobal Forumdakı çıxışı zamanı, istərsə də Antonio Koşta ilə görüşün sonunda verdiyi bəyanatda prezident çox vacib məqamlara toxundu ki, bu məqamlar bilavasitə ölkənin artan nüfuzu və beynəlxalq münasibətlər sistemindəki imici ilə bağlıdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov səsləndirdi.

Onun fikrincə, hər iki çıxışın vacib elementlərinə diqqət yetirdikdə görünür ki, burada önəmli olan Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı sülh, yeni siyasi reallıq və ölkəmizin sülh gündəliyidir:

"Eyni zamanda, bu gün enerji sahəsində ciddi çətinliklərlə üz-üzə qalan və bir növ çıxış yolu axtaran Avropa ölkələri üçün Azərbaycanın fəal dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycan Avropanın 16 ölkəsindən 10-na qaz tədarükünü həyata keçirməklə həmin dövlətlərin enerji təhlükəsizliyi ehtiyaclarını ödəməklə yanaşı, həm də onların enerji sahəsində tam təhlükəsiz ölkələr sırasına daxil olmasında mühüm rol oynayır. Nəticə etibarilə biz görürük ki, Azərbaycan istər siyasi, istər enerji, istərsə də beynəlxalq yükdaşımalar və nəqliyyat-logistika istiqamətlərində çox vacib inteqrasiya layihələri həyata keçirməkdədir. Bu layihələrin kökündə şübhəsiz ki, ölkəmizin milli maraqları dayanır. Azərbaycan özünün praqmatik xarici siyasət kursu ilə milli maraqlarının təmin olunması üçün strateji tərəfdaşları və müttəfiqləri ilə sıx əlaqələr quraraq bu vacib layihələrin reallaşmasına nail olur. Azərbaycanın bu əhəmiyyətli rolu bir çox ölkələrin rəhbərləri, o cümlədən Antonio Koştanın özü və 13-cü Qlobal Bakı Forumunun iştirakçıları tərəfindən xüsusilə qeyd olunur. Onlar enerji təhlükəsizliyi ilə yanaşı, Azərbaycanın Orta Dəhliz layihəsi çərçivəsində beynəlxalq nəqliyyat-logistika sahəsindəki mühüm rolunu da vurğulayırlar".

Millət vəkili əlavə etdi ki, Azərbaycan Orta Dəhliz potensialını düzgün dəyərləndirərək Şimal və Cənub istiqamətlərində baş verən münaqişələr fonunda Asiyadan Avropaya daşınan yüklərin ildən-ilə artmasını nəzərə alır ki, bu da dəhlizin tam funksionallıqla işə salınmasını zəruri edir:

"Əsası hələ 90-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən qoyulan mühüm layihələr və Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin fəaliyyəti üçün əlverişli şərait yaradır. Lakin gələcəkdə yükdaşımaların həcmində gözlənilən kəskin artımı, yəni on milyonlarla ton yükü nəzərə alsaq, Zəngəzur dəhlizinin əhəmiyyəti də ciddi şəkildə artır. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra irəli sürdüyü Zəngəzur dəhlizinin açılması, Ermənistanla kommunikasiyaların bərpası və yüklərin Naxçıvan istiqamətində daşınması tezisləri Orta Dəhlizin ikinci vacib marşrutu kimi böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə nümayiş etdirilən siyasi iradə Orta Dəhlizin multimodal prinsiplərə söykənən effektivliyini təmin edir və hər iki görüşdə bu məsələlər xüsusi vurğulanıb. Azərbaycanın bu fəaliyyəti dünyanın mütərəqqi qüvvələri və ABŞ kimi güclü dövlətlər tərəfindən dəstəklənir ki, Vaşinqtonda razılaşmaların əldə olunması üçün yaradılan şərait də bunun göstəricisidir. Bütün bunlar sübut edir ki, Azərbaycan yürütdüyü xarici siyasət kursu ilə bu gün dünyanı narahat edən aktual məsələlərin, xüsusilə enerji və logistika çağırışlarının uğurlu həllinə xidmət edir", - deyə Azər Allahverənov vurğuladı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Mart 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see322

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see276

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see268

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see259

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see255

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see253

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see253

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see244

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see241

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see218

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see212

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see212

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see210

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see203

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see200

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see199

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see187

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see186

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see185

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri