Artıq çəkinin qadınlarda yaratdığı 8 problem
Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.
Artıq çəki bədəndə anormal dərəcədə yağ yığılması nəticəsində ortaya çıxan ciddi sağlamlıq problemidir. Dünyada ve ölkəmizdə, xüsusən qadınlar arasında artıq çəki problemi çoxalıb və bu da müxtəlif xəstəliklərə səbəb olur.
Pravda.az bildirir ki, hormon dəyişiklikləri, hamiləlik, menopoz və sosial faktörlar qadınlarda çəki artmasının əsas səbəblərindəndir.
Artıq çəkinin qadınlarda yaratdığı başlıca sağlamlıq problemləri:
Ürək-Damar Xəstəlikləri: Artıq çəki yüksək qan təzyiqi, infarkt, insult və ürək damar xəstəliklərinə səbəb ola bilər.
Metabolik xəstəliklər: Tip 2 şəkərli diabet, metabolik sindrom riskini artırır.
Reproduktiv və ginekoloji xəstəliklər: Polikistik Over Sindromu (PCOS), infertillik, endometriyal və süd vəzisi xərçəngi riski artır.
Həzm sistemi xəstəlikləri: Safra daşları, qaraciyər yağlanması və qastrit (reflü) riskləri yüksəlir.
Psixoloji problemlər: Depressiya və sosial təcrid halları daha çox görülür.
Sümüklər və əzələ xəstəlikləri: Osteoartrit və gut kimi problemlər yaranır.
Xərçəng: Xüsusilə menopozdan sonra artıq çəki bəzi xərçəng növlərinin riskini artırır.
Yuxu zamanı nəfəsin tıxanması: Yuxu zamanı nəfəsin dayandığı bu xəstəlik gündəlik həyat keyfiyyətini azaldır.
Artıq çəki ilə mübarizə üçün sağlam qidalanma, fiziki fəaliyyət və həyat tərzi dəyişiklikləri önəmlidir. Qadınların bu problemlərdən qorunması üçün düzgün qidalanma və idman çox vacibdir.
Əminə Bayramova


