Icma.az
close
up
RU
Artıq çəkinin səbəbi emosional duyğular ola bilər

Artıq çəkinin səbəbi emosional duyğular ola bilər

Icma.az, Azpost portalına istinadən məlumat verir.

Artıq çəkinin səbəbi duyğular ola bilər.

Bu fikir mütəxəssis-dietoloq Gizem Dənizin araşdırmasında yer alıb.

Davamlı yemək istəyinin əsl aclıqla heç bir əlaqəsi olmaya bilər. Bu problem stress, kədər, narahatlıq və cansıxıcılıq kimi emosional vəziyyətlərdən qaynaqlanır. Yəni, insanlar mədələrini doydurmaq üçün deyil, dincəlmək üçün yemək yeyirlər və zaman keçdikcə bu, kökəlməyə şərait yaradır. Yemək ehtiyacı kimi təyin olunan müxtəlif aclıq növləri var. Əsl aclıq fizioloji səbəblərdən yarandığı halda, emosional aclıq tamamilə duyğularımızın təsiri altında baş verir.

Bəs bunu necə ayırd edə bilərik? Həqiqi aclığı necə başa düşmək olar?

Fizioloji aclıq yemək yedikdən, müəyyən müddət keçdikdən dərhal sonra enerjinin azalması səbəbindən qidalanma ehtiyacı ilə əlaqədar yaranan aclıq hissidir. Fizioloji aclıqda “yemək” siqnalları mədə tərəfindən beyinə göndərilir. Bunun simptomları mədədə gurultu və yüngül başgicəllənmədir. Fiziki aclığın əsl aclıq olduğunu deyə bilərik. Başqa sözlə, bədənin enerji istehsalı üçün qidaya ehtiyac duyduğu aclıq növüdür. Uzun müddətli fiziki aclıq halında qan şəkəri azala bilər, konsentrasiya problemi yarana və yorğunluq hissi ola bilər. Fiziki aclıq tədricən baş verir və gecikdirilə bilər. Fiziki aclıqda insanlar aclıq hissi ilə gərgin ola bilərlər. Ancaq bu vəziyyət orqanizm qida qəbul etdikdən sonra, yəni, insan yemək yedikdən sonra keçəcək. Fiziki aclıqda tək qida deyil, arzulanan qida qrupları olur. Məsələn, fiziki olaraq ac qaldığımız zaman birdən çox qida yemək əvəzinə qida qruplarından ibarət boşqaba diqqət yetirmək ehtiyacı hiss edirik. Bu cür aclıqda insanlar tox hiss etdikdə yeməyi dayandırır və daha çox yemək istəyi olmur. Yeməyin məqsədi emosiyanı boğmaq və ya azaltmaq deyil, yeməyin məqsədi həyatı təmin etmək üçün lazım olan enerjini almaq və toxluq hissi əldə etməkdir. Fiziki aclıqdan sonra fərdlər yedikləri yeməkdən peşman olmurlar.

Emosional aclıq nədir?

Emosional aclıq – iş və ya gündəlik həyatda yaşanan kədər, sıxıntı, narahatlıq, stress və depressiya kimi səbəblərdən qaynaqlanan daimi yemək istəyidir. Fərdlər qidada yaşadıqları problemlərə həll yolları axtarırlar. Emosional aclığı olan insanlarda aclıq hissi gecələr intensiv şəkildə hiss olunur. Fərdlər xüsusilə gecə saatlarında yüksək kalorili qidalar qəbul edirlər. İnsan bu dövrü tez-tez təkrar etdikdə onun qidalanma tərzi pozulur və çəki artımı, alınan çəkidən qurtula bilməmək kimi problemlər yaranır.

Emosional aclıq birdən yaranır və onu təxirə salmaq olmaz. Emosional aclığı olan insanlarda qəfil yemək istəyi yaranır. Emosional aclıqda fərdlər əsəbi, bədbəxt, qəzəbli, həyəcanlı kimi hisslər yaşadıqları zaman bu hissləri basdırmaq üçün yemək mexanizmi yaradırlar. Yemək yeyildikdə bu hisslər getmir, əksinə daha da artır. Emosional aclıq problemi olan fərdlər fiziki aclıq yaşamadıqları üçün yemək və qida qruplarından çox tək qidaya üz tuturlar. Bu qidalar daha çox bədən üçün son dərəcə zərərli, yüksək kalorili, müvəqqəti və qısamüddətli toxluq hissi verən qəlyanaltılardır. Yeməkdən sonra fiziki aclıqda hiss olunan toxluq hissi emosional aclıqda hiss olunmur. Emosional aclığı olan fərdlərin fiziki olaraq yeməyə ehtiyacı olmasa da, yaşadıqları sıxıntılı vəziyyətdən xilas olmaq üçün qidaya üz tuturlar. Əslində burada insanın məqsədi mənəvi məmnuniyyət əldə etməkdir, lakin bu mümkün olmadığı üçün emosional aclığı olan insanlar qidalarına əhəmiyyət vermirlər. Fərdlər prosesin sonunda bunun psixoloji meyllə bağlı olduğunu bildikləri üçün yemək, qəlyanaltı və sair məhsullara görə təəssüf hissi keçirirlər.

Bu problemi necə həll etmək olar?

Emosional aclığın əlamətləri nəzərə alınmazsa, o, irəliləyir. Davamlı yemək və istehlak edilən yeməklər əsasən zərərli qidalar olduğu üçün insan kökəlməyə başlayır. Zamanla inkişaf edən piylənmə nəticəsində ürək-damar xəstəlikləri və diabet başda olmaqla bir çox xəstəliklər meydana gəlir. Duyğusal aclığın müalicəsində dərman və buna bənzər əlavələr qədər qidalanma və sosial həyat da önəmlidir. Xüsusilə qazanılmış düzgün qidalanma vərdişlərinin xəstəliyin sağalmasında böyük rol oynadığı sübut edilib. Yemək və içmə pozğunluğunun orqanik və ya xroniki bir xəstəlik, hormonlar və ya bədəndəki qan dəyərlərindən qaynaqlandığı müəyyən edilməlidir. Əgər problem bunlardan qaynaqlanmırsa, xəstə psixiatra və ya müvafiq olaraq dietoloqa müraciət edir. Bunun psixoloji əsası olduğu diaqnozu qoyularsa, psixiatrlar tətbiq olunacaq ən uyğun müalicə üsulunu təyin edəcəklər. Bundan əlavə, düzgün qidalanma rejimi üçün yalnız bir dietoloqdan dəstək alınmalıdır. (Azərtac)

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri