Icma.az
close
up
RU
“Artıq dünya Netanyahuya etiraz edir” BMT də nə baş verir?

“Artıq dünya Netanyahuya etiraz edir” BMT də nə baş verir?

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

İsrailin Baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı çoxsaylı nümayəndələrin zalı tərk etməsi diqqət çəkib. 

Nümayəndələrin bu addımı İsrailin Qəzzadakı müharibəsi və Fələstin məsələsi ilə bağlı beynəlxalq mövqeyə dair müzakirələri yenidən gündəmə gətirib. 

Netanyahu isə zalı tərk edən nümayəndələri "mənəvi cəhətdən qorxaq” adlandırıb. 

Bəs nümayəndələrin kütləvi şəkildə zalı tərk etməsi beynəlxalq ictimaiyyətin İsrailə münasibəti baxımından nəyi göstərir? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, nümayəndələrin zalı tərk etməsi Netanyahunun siyasətinə etirazın ifadəsi kimi qiymətləndirilə bilər: 

"İsrailin baş naziri kürsüyə çıxanda zalın böyük bir hissəsi zalı tərk etdi. Telekanallardan izlədiyim görüntülərdə zalın təxminən dörddə birinin onun çıxışını dinləməkdən imtina etdiyi görünürdü. Ümumiyyətlə, BMT Baş Assambleyasında çıxışların vaxtı əvvəlcədən məlum olur. Netanyahunun nə zaman çıxış edəcəyi də əvvəlcədən bəlli idi. Buna baxmayaraq, nümayəndələrin məhz onun kürsüyə çıxmasını gözləyərək zalı tərk etməsi diqqət çəkir”.


Siyasi şərhçinin sözlərinə görə, bu addım Netanyahunun siyasətinə qarşı etiraz forması kimi qiymətləndirilə bilər: 

"Bu, ona qarşı etiraz forması idi. Eyni zamanda, siyasi və diplomatik baxımdan ciddi mesaj xarakteri daşıyırdı. Düşünürəm ki, zalı tərk edən nümayəndələr bununla İsrail hökumətinin Qəzza siyasətinə münasibətlərini nümayiş etdirdilər. Artıq Qəzzada baş verənlərlə bağlı beynəlxalq səviyyədə ciddi narazılıq mövcuddur və bu narazılığın BMT kimi beynəlxalq platformada nümayiş etdirilməsi diqqət çəkir. Bu hadisə İsrailin baş nazirinin beynəlxalq müstəvidə vəziyyətinin kifayət qədər mürəkkəb olduğunu göstərən nümunələrdən biridir. Son dövrlərdə İsrailin Qəzza siyasətinə münasibətdə müxtəlif ölkələr və beynəlxalq siyasi subyektlər tərəfindən fərqli mövqelər səsləndirilir. Zalın bir hissəsinin Netanyahu çıxışa başlayarkən oranı tərk etməsi də həmin narazılığın konkret formada nümayiş etdirilməsi kimi qəbul oluna bilər”. 

Siyasi şərhçinin sözlərinə görə, ABŞ və İsrail arasındakı münasibətlərdə yaranan fikir ayrılıqları da prosesə təsir edən amillərdən biri ola bilər: 

"Son aylarda ABŞ və İsrail arasında müəyyən məsələlər üzrə fikir ayrılıqları müşahidə olunur. Xüsusilə İranla bağlı siyasət və Yaxın Şərqdə baş verən proseslər fonunda tərəflərin mövqelərində müəyyən fərqlər meydana çıxıb. Bu baxımdan, zalı tərk edən nümayəndələrin davranışını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada həm Qəzza müharibəsinə münasibət, həm də ayrı-ayrı ölkələrin İsrail siyasətinə yanaşması rol oynaya bilər”. 

C.Abbaslı bildirib ki, Netanyahunun çıxışının BMT Baş Assambleyasında bir qrup nümayəndə tərəfindən boykot edilməsi beynəlxalq ictimaiyyətin İsrail hökumətinin siyasətinə münasibəti baxımından siyasi mesaj kimi diqqət çəkir: 

"İsrailin Qəzzadakı hərbi əməliyyatları ilə bağlı beynəlxalq ictimaiyyətdə ciddi müzakirələr gedir. Bu məsələyə münasibətdə ölkələr arasında fərqli mövqelər olsa da, Netanyahu çıxış edərkən nümayəndələrin zalı tərk etməsi onların müəyyən hissəsinin İsrail hökumətinin siyasətinə etiraz etdiyini göstərir. Bunun BMT kimi nüfuzlu beynəlxalq qurumun platformasında baş verməsi isə hadisəyə əlavə siyasi əhəmiyyət verir”. 

Siyasi şərhçi hesab edir ki, bundan sonra İsrail hökumətinin beynəlxalq münasibətlərdə üzləşəcəyi siyasi reaksiyalar da diqqət mərkəzində olacaq:

"İstənilən halda, bu hadisə beynəlxalq ictimaiyyətin İsrail siyasətinə münasibətində müəyyən dəyişikliklərin olduğunu göstərən siyasi jest kimi yadda qala bilər. Bundan sonra əsas məsələ bu etirazların ayrı-ayrı nümayəndələrin zalı tərk etməsi ilə məhdudlaşıb-məhdudlaşmayacağı və hansı siyasi addımlara çevriləcəyidir”. 

Fəridə Əsədzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Sentyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri