BMT də Netanyahuya qarşı kütləvi boykot (Video)
Icma.az bildirir, Milli.az portalına istinadən.
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Netanyahunun kürsüyə qalxdığı an bir çox ölkənin diplomatik nümayəndə heyətləri zalı tərk edib.
Diplomatların zaldan çıxması İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlara, İordan çayının qərb sahilindəki addımlarına, eləcə də Suriya və Livana zərbələrinə etiraz kimi qiymətləndirilib. Diplomatlar ayağa qalxaraq zalı tərk edərkən zaldan etiraz səsləri ucalıb.
Çoxlu sayda nümayəndə heyətinin zalı tərk etməsindən sonra Netanyahu çıxışını seyrəlmiş auditoriya qarşısında davam etdirib. Bu, 2023-cü il oktyabrın 7-dən bəri Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı qarşılaşdığı 3-cü analoji boykot aksiyası olub.
Eyni zamanda, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahı çevrəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri fonunda İsrail hökumətinin siyasətinə qarşı etiraz nümayişləri təşkil olunub. Nümayişçilər hərbi əməliyyatların dayandırılması və hərbi köməklərin kəsilməsi tələbi ilə şüarlar səsləndirib, müvafiq plakatlar qaldırıblar.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 25 Sentyabr 2026 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















