Icma.az
close
up
RU
Artıq hamı bilir ki, müharibə olmayacaq GÜNDƏM SAATI

Artıq hamı bilir ki, müharibə olmayacaq GÜNDƏM SAATI

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Sərhədlər güc tətbiq etməklə, təzyiqlə dəyişməyəcək


Yeni sazişdə yeni reallıq regionda üçüncü tərəflərin hərbi mövcudluğuna imkan vermir


İkitərəfli komissiyalar sülh sazişinin icrasında əsas rol oynayacaq

Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin mətni yayımlandı. 17 maddədən ibarət mətnin detalları diqqətçəkəndir. Birinci maddədə qeyd olunur ki, tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edir. Həmçinin, tərəflər ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər. 

Bu, Ermənistanın sərhədlər məsələsində əvvəldən irəli sürdüyü istəyinə uyğun görünür. Lakin Sazişin VI maddəsi dövlət sərhədinin delimitasiyasının aparılmasını şərtləndirir. Yəni Azərbaycan və Ermənistan SSRİ sərhədlərinə uyğun ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanısa da, sərhəd xətti delimitasiyası prosesində müəyyənləşəcək. Bu, anklavların qaytarılması, eləcə də sərhədboyu istiqamətdə bir sıra ərazilərə nəzarətin bərpa edilməsi imkanı yaradır. İkinci maddədə tərəflər bir-birinə qarşı indi və gələcəkdə ərazi iddialarının olmadığını təsdiqləyir. Eyni zamanda bu cür hərəkətlərin planlaşdırılmasına, hazırlanmasına, həvəsləndirilməsinə, dəstəklənməsinə yol verməyəcəyi öhdəliyini götürür. III maddə tərəflərin BMT nizamnaməsinə zidd şəkildə güc tətbiqindən çəkinməsini özündə əks etdirir. IV maddədə isə tərəflərin bir-birinin daxili işlərinə qarışmaması qeyd olunur. V maddədə Azərbaycan və Ermənistanın sülh sazişinin imzalanmasından sonra diplomatik münasibətlər quracağı vurğulanır. Proses proqnozlaşdırılan kimi davam edəcəksə, gələcəkdə Bakıda Ermənistan, İrəvanda Azərbaycan diplomatik missiyası fəaliyyət göstərəcək. Ən önəmli məqamlardan biri VII maddədə əks olunanlardır. Burada tərəflər iki ölkə sərhədində üçüncü tərəfin qüvvələrinin yerləşdirilməməsi öhdəliyini götürür. Bu, Avropa İttifaqının müşahidə missiyasının Azərbaycanla sərhəddən çıxarılmasını şərtləndirir. X maddədə Azərbaycan və Ermənistan arasında müxtəlif sahələrdə ayrıca razılaşmaların bağlanması, XI maddədə isə bu sazişin tərəflərin üçüncü ölkələrlə münasibətlərinə məhdudiyyət qoymadığı əks olunur. XII maddə də xüsusilə əhəmiyyətlidir. Burada qeyd olunur ki, tərəflər ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu Sazişi rəhbər tutacaqlar. Tərəflərdən heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu Sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməyəcəklər. Ermənistanın Azərbaycana münasibətində mövcud konstitusiyası və digər normativ-hüquqi aktları əsas olmayacaq. Lakin rəsmi Bakı üçün sazişin bu maddəsi tam zəmanət deyil. Yekun sazişin imzalanması və bölgədə davamlı sülhün əldə edilməsi üçün sonuncu məsələ - Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyası dəyişdirilməlidir. XIII, XIV, XVI və XVII maddələr sazişin icrası ilə bağlı texniki məsələləri əhatə edir. XV maddədə isə tərəflərin bir-birinə qarşı məhkəmə iddiaları və şikayətlərinə xitam verməsi qeyd olunur. Saziş mətninin Azərbaycanın maraqlarına cavab verdiyini deyə bilərik.


Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Sherg.az-a deyib ki, ictimaiyyətə açıqlanan sülh sazişinin mətni artıq Vaşinqtonda paraflanıb. Ekspertin sözlərinə görə, paraflanma iki tərəfin bu mətni təsdiq etməsi deməkdir: 

"Söhbət sənədin birmənalı qəbulundan yox, təsdiqlənməsindən gedir. Azərbaycan tərəfi bu mətnin, ümumiyyətlə, sülh sazişi ideyasının müəllifidir. Hələ 2022-ci ildə 5 prinsip təklif edildi və bir neçə paytaxda uzun illər müzakirələr, danışıqlar aparıldı. Nəhayət, bu il Azərbaycanın təklif etdiyi son iki maddə olduğu kimi qəbul olundu. Deyə bilərik ki, sülh mətnindəki bir çox maddələrin müəllifi Azərbaycandır. Digər məqam odur ki, sülh sənədinin ratifikasiyası o zaman olacaq ki, Ermənistanda referendum keçirilsin və müvafiq nəticə əldə ediləndən sonra proses başlasın. Vacib nüans odur ki, ABŞ-də Azərbaycanın haqlı və məntiqli tələbi birmənalı qəbul edildi. Sülh prosesində Azərbaycanın irəli sürdüyü əsas şərtlər mərhələli şəkildə həyata keçirilir. Bu şərtlər - Konstitusiyanın dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Bunları xüsusi olaraq vurğulamaq lazımdır. İctimaiyyətə açıqlanan sənəd ilk növbədə onu göstərir ki, Azərbaycan və Ermənistan hökumətləri arasında gizli nəsə yoxdur. Bu müqavilə cəmiyyətlərə təqdim olunur və kifayət qədər zaman var ki, cəmiyyətlər sənədlə ətraflı tanış olsun. Həm daxildəki, həm də xaricdəki qüvvələr görsünlər ki, sülh sazişinin sənədi hansısa üçüncü tərəfə qarşı deyil. Sırf ikitərəfli danışıqların nəticəsidir. Hər iki tərəfin maraqlarını beynəlxalq hüquq əsasında özündə ehtiva edir".


Siyasi şərhçi qeyd edib ki, sənədin 1-ci maddəsi sərhəd xətti ilə bağlıdır: 

"Uzun illər ərzində erməni təbliğatında bildirilirdi ki, guya sovet dövründə "Dağlıq Qarabağda referendum keçirilib və qərar qəbul edilib". İddia edilirdi ki, SSRİ dağılanda artıq Qarabağ Azərbaycan Respublikasına aid olmayıb və s. Ermənistanın keçmiş hakimiyyətləri bu xəttə danışıqlar aparırdı. Hətta Paşinyan vaxtı ilə bunu təkrarlamışdı. İndi sülh sənədinin I maddəsində dəqiq qeyd olunur ki, sovet dövründə respublikalar arasında administrativ sərhəd xətti dövlətlərarası sərhədə çevrilir. Bu, vacib məqamdır və bununla Qarabağla bağlı iddiaların yenidən qaldırılması qeyri-mümkündür. Ümumən, 1990-cı illərdə gedən proseslərin iflası deməkdir. Sənədi imzalayan tərəfin hüquqi öhdəliyi yaranır. Hər iki tərəf özünü maksimum dərəcədə sığortalayır".


F.Məmmədov vurğulayıb ki, dəfələrlə şahidi olmuşuq ki, Ermənistan Azərbaycana qarşı üçüncü tərəflərin təzyiq mexanizminə çevrilməyə razılıq verib:

"3-cü maddə özündə onu ehtiva edir ki, regionumuz müharibə, münaqişə meydanına çevrilməsin. Ən azı region ölkələri bir-birinə qarşı istifadə edilməsin. Bu da çox vacib məqamdır. İyul ayının əvvəllərindən etibarən Ermənistandakı Gümrü hərbi bazası genişləndirilir, gücləndirilir. Ermənistan XİN bəyanat yaydı ki, ölkədə olan və ölkəyə aid olmayan hərbçiləri və hərbi texnikalar Ermənistanın qonşularına qarşı istifadə edilə bilməz. Çox maraqlı bəyanat idi. Sənədin üçüncü maddəsinə görə, region ölkələri üçüncü tərəflərin maşasına çevrilməməlidir". 


Analitik bildirib ki, bu Sazişlə hər iki tərəf bir-birini rəsmən tanıyır:

 "Bundan sonra diplomatik münasibətlər qurulmalıdır. Amma diplomatik münasibətlərin qurulması ilə səfirliklərin açılması arasında bir müddət zaman ola bilər. Məsələn, Azərbaycanla İsrail arasında bir-birini tanıma, diplomatik əlaqələrin qurulmasının tarixi 30 il öncəyə təsadüf edir. Lakin Azərbaycanın İsraildəki səfirliyi bir neçə il qabaq açılıb. Yəni sazişin bu müddəası öhdəlik yaratmır ki, qısa müddət ərzində səfirliklər fəaliyyətə başlamalıdır. Hansısa üçüncü ölkədə səfirliklər müvəqqəti o funksiyanı öz üzərinə götürə bilər. Yaxud səfirlər təyin olunar, amma ölkəyə getməz. Yəni Azərbaycanın Ermənistandakı səfiri Azərbaycan XİN-də fəaliyyət göstərə bilər. Bu, diplomatik prosedurdur". 


Ekspertin qənaətincə, sərhədlə bağlı məsələ də olduqca əhəmiyyətlidir:

 "Ermənistan tərəfi illər ərzində bəyan edirdi ki, sərhədlər konkret hansısa illərin xəritələri əsasında müəyyən olunmalıdır. Bu sazişdə göstərilir ki, formalaşmış dövlətlərarası qurumların qərarı ilə sərhəd müəyyən olunacaq. Azərbaycanın təklif etdiyi formul budur. Komissiyalar işləyir və biz onların imkanlarını məhdudlaşdırmamalıyıq. Sərhədlərin delimitasiya və demarkasiya prosesi dinc yolla getməlidir. Əlbəttə, illər çəkə bilər, amma hamı biləcək ki, müharibə olmayacaq. Sərhədlər güc tətbiq etməklə, təzyiqlə dəyişməyəcək. Danışıqlar vasitəsilə nəyi bacarırıqsa, edəcəyik. Digər məsələlər də müzakirə predmeti olacaq. Qeyd edim ki, qonşu Gürcüstanla sərhədlərimizin 80-85 faizi delimitasiya olunub, qalanı gələcəyə qalıb. Amma bu məsələ Gürcüstanla strateji tərəfdaşlığımıza maneçilik törətmir". 


Fərhad Məmmədov onu da deyib ki, bundan sonra üçüncü tərəflərə müraciət olmayacaq: 

"Bu da Azərbaycanın ötən ildən təklif etdiyi maddə idi. Ermənistan bunu uzadırdı. İrəvan iddia edirdi ki, sərhədlərdəki Avropa İttifaqı "mülki missiya"dır, hərbçilər deyil və s. Amma nəticədə bu tələbi də qəbul etmək məcburiyyətində qaldılar. Sənəd qüvvəyə minəndən sonra Aİ missiyası ya getməli, ya da funksiyası dəyişməlidir. Sərhəddə Ermənistan və Azərbaycandan başqa üçüncü qüvvə olmayacaq".


Politoloq əlavə edib ki, maddə 13-də ikitərəfli komissiyaların yaradılması məsələsi əks olunub: 

"Komissiyaların əsas vəzifəsi odur ki, sazişdə təsbit olunan maddələrin icrasını həyata keçirsin. Bu, danışıqlarda, ümumən sülh quruculuğunda geniş istifadə olunan məsələdir. Hətta vətəndaş cəmiyyətləri tərəfindən də ortaq komissiya formalaşır ki, onlar da sülh prosesində iştirak etsinlər, təbliğat aparsınlar. Dövlət qurumları ilə koordinasiya işinə cavabdehdir. Adətən, iki tərəf arasında münaqişə olmayıbsa, sazişləri müvafiq qurumlar həyata keçirir. Ancaq bizdə münaqişə olub. Ona görə 5-10 il ərzində ikitərəfli münasibətlərdə hər şey koordinasiyalı həyata keçirilməlidir. Yeni risklər yaranmamalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Avqust 2025 08:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri