Icma.az
close
up
RU
Artıq İranda heç nə əvvəlki kimi olmayacaq ŞƏRH

Artıq İranda heç nə əvvəlki kimi olmayacaq ŞƏRH

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"İranda baş verən hadisələr getdikcə daha da şiddətlənir. Bu da öz növbəsində müəyyən dərəcədə bəzi məsələlərlə bağlı ehtimalları gücləndirir. İlk növbədə məsələ odur ki, İrana qarşı xarici müdaxilə baş verə bilər. Artıq Amerika Birləşmiş Ştatları tərəfindən də bu barədə fikirlər səsləndirilir. Donald Tramp verdiyi açıqlamada İranın "qırmızı xətləri"ni keçdiyini bildirib. Yəni öz insanlarına qarşı terrorçu kimi davranmaqla faktiki olaraq "qırmızı xətlər"i keçdiyini elan edib. Ola bilər ki, İrana qarşı ABŞ tərəfindən və İsrail tərəfindən xarici müdaxilə baş versin. Ancaq bu müəyyən dərəcədə əks reaksiya səbəb ola bilər. İranda rejim insanları ABŞ və İsrailə qarşı birləşdirmək siyasəti apara bilər və inqilabı bununla yatıra bilər".

Bunu Redaktor.az-a politoloq Zeynal Əmrəliyev İranda müxtəlif bölgələrdə baş verən iğtişaşlardan və vəziyyətin necə davam edə biləcəyindən danışarkən bildirdi.

Onun sözlərinə görə, artıq İranda heç nə əvvəlki kimi olmayacaq:

"Əgər rejim ayaqda qalmaq istəyirsə, islahatlar həyata keçirməlidir. Faktiki olaraq liberal respublikanın quruluş prosesi sürətlənməlidir. İndi İranda müzakirələr var, bu etirazlardan əvvəl də müzakirələr var idi ki, islahatlar keçirilsin və İranda İranın ali rəhbəri Əli Xameneidən sonra ya zəif ali rəhbər, güclü prezident üsul-idarəsi, yaxud da ümumiyyətlə ali rəhbər olmasın. Yəqin ki, zamanla bu yolu gedəcəklər. Tamamilə prezident üsul-idarəsi yaradılsın və İslam Respublikasından mərhələli şəkildə liberal respublikaya keçid üçün addımlar atılsın, yəni islahatlar həyata keçirilsin.

Bununla paralel şəkildə iqtisadi islahatlar da bu dövrdə həyata keçirilə bilər. Ancaq bunun üçün güclü siyasi iradə olmalıdır. Düşünürəm ki, İran Prezidenti Məsud Pezeşkian öz komandası ilə bu sistemi, bu məsələni həyata keçirə bilər. İranda yeni ali dini liderin dəyişməsi məsələsi də aktualdır. Artıq Xameneinin kifayət qədər yaşı var və sağlamlıq vəziyyəti də işləməyə imkan vermir. Bu məsələ öz həllini tapa bilər. Ancaq indiki rejim bunları etməsə, müqavimət göstərərsə, bu onu göstərir ki, zamanla İranda inqilab baş verə, rejim devrilə bilər. Artıq biz rejim devrilə bilərmi, bilməzmi, bunu müzakirə etmirik, rejim nə vaxt devriləcək, o məsələ müzakirə edilir".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see398

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see371

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see351

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see333

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see293

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see286

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see281

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see274

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see252

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see247

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see241

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see240

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see235

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see232

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see224

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see216

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see203

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see196

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri