Icma.az
close
up
RU
Artıq heç nə əvvəlki kimi olmayacaq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Artıq heç nə əvvəlki kimi olmayacaq So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şamil Paşayev, hüquqşünas:

- "Neoşarlatanizm" qapımızdadır

Əvvəllər şarlatan əba ilə Xorasandan gələn ruhani Şeyx Nəsrullahlar idisə, indi bunlar kostyumda öz də filosof, yazar, sosioloq və s. Qərb dəyərlərini imic olaraq özlərində göstərən, imitasiya edən, amma mahiyyəti "şarlatanizmdir"

Bu adamlar emprik bilgini heçə sayıb, rasionalizmdən uzaq yerlə-göylə əlləşirlər.

Əsas çörəkli mövzu da, qadın kişidən hüquqsuzdur, işləməməlidir, uşaq doğmalı, yemək bişirməlidir. Guya qadının təbiəti budur və belə olanda daha xoşbəxt olurlar.

Qaymaq isə gündəm, aktual olmaq üçün cahilliyyə xitab etmələridir. Bunlar Şeyx Nəsrullahlardan daha təhlükəlidir.

Bunları həvəsləndirən Hacı Şahinə olan ehtiramdır, onu yamsılamaq və ya yerini tutmaq istəyirlər, amma çox bayağı görünür.

lll

Türk cəmiyyətlərinin ailəyə bağlı olması köçəriliklə də bağlıdır. Bu kimi cəmiyyətlər həmişə həyatda "sağ qalmaq" rəqabəti aparıblar. Bu həm vəhşi təbiətə, həm də insanlara qarşı olub.

Ailə bağı və sağ qalmaq uğrunda mübarizə bizi çeviklik verib, amma kolleltivizmə də sürükləyib, təkbaşçılıq ailədən və kollektivdən "afaroza" səbəb ola bilərdi, bu da ölüm demək idi.

"Camaat nə deyər?", "Xalqdan, qonum-qonşudan eyibdi" və s. bu düşüncədə kollektivdən, icmadan çıxarılmanın qorxusudur. İndi də bizi qarabaqara izləyir.

Sayad Həsənli, jurnalist:

- Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ATƏT-in Baş katibi Ferudin Sinirlioğlunun birgə mətbuat konfransında maraqlı və gözlənilməz yeniliklər oldu.

Azərbaycan XİN başçısı ilə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallasın mətbuat konfransından fərqli olaraq bu görüşdən zövq aldım.

Türkiyəli diplomat ATƏT-in Azərbaycanla uzunmüddətli əməkdaşlıq barədə öhdəlik götürdüyünü bildirdi. Bu niyyət barədə Ermənistan və Gürcüstan tərəflərinə də məlumat vermiş olduqlarını dedi. Bundan əlavə, minatəmizləmə sahəsində Azərbaycana dəstək göstərə biləcəklərini söylədi. Həmçinin ATƏT-in Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəkləyəcəyi vurğulandı.

Cənab Bayramov isə işğaldan azad edilən ərazilərin bərpasında ATƏT-lə iş birliyinin formalaşdırıla biləcəyinə diqqət çəkdi. Yəni bəyanatlar 80 faiz müsbət istiqamətdə idi. Görünür, ikitərəfli və geniştərkibli görüşlər məhsuldar keçib. Fikrimcə, müsbət tendensiyalarda Baş katibin türkiyəli diplomat olmasının da müəyyən rolu var.

Xanım Kallasla konfransda isə durğunluq vardı. Son zamanlar əsas diqqət mərkəzində olan Aİ-nin Ermənistana hərbi yardım göstərməsi məsələsinə toxunulmadı. Sual-cavab sessiyası da olmadı. Yeganə yenilik o idi ki, Aİ və Azərbaycan arasındakı yeni sazişlə bağlı açıq qalan iqtisadiyyat və ticarət kimi sahələri əhatə edən məsələlər üzərində əməli addımlar atmaq barədə tərəflər razılığa gəliblər. Bu vaxta kimi açıqlamalarda sazişin 90-95 faizinin razılaşdırıldığı deyilirdi, açıq qalan məsələlərin aqibəti barədə fikir səsləndirilmirdi. O baxımdan bu yenilik ümidvericidir.

Fərid Pərdəşünas, texnobloger: 

- Gecə saat 2-dir və mən süni intellektin ən təkmil variantları ilə çox önəmli və bəlkə də gələcəyimi dəyişəcək işi danışıb, onunla həll edirəm. Nəticə və mənə verdiyi fayda inanılmazdır, dəhşətlidir, qorxuncdur. Süni intellekt növbəti 5 ildə hamımızın həyatına toxunuş edəcək. Bundan əmin ola bilərsiniz. Artıq heç nə əvvəlki kimi olmayacaq.

Səadət Məmmədova, jurnalist:

- Nəhayət gedib çıxdım Abdal kəndindəki Harun bulağına, Laçın qayaya...!!!

İnanılmaz hüzurlu yerdir. Bulaq suyu kəhriz suyundan daha dadlıdır, məncə...

Ətrafı gəzdim, stress atdım, çiçək topladım, kənd sakinlərindən biri mənə bənövşə yığıb gətirdi, Əliyar qardaşım yığdığı kəklikotunu mənimlə bölüşdü, bulaq başından yığıdım yarpızla çay dəmlədik...

Elmir müəllim (Elmir Kömək) ayrı aləmdir, çox mükəmməl təşkilatçıdır. Bu təmizlik, təbiətə qayğı işlərinə həvəslə rəhbərlik edir. Qayanın üstündə əsrlərlə yaşı olan dəyirmanın qalığını göstərdi mənə. Başım necə söhbətə qarışdısa, onu çəkməyi unutdum. Gələn dəfə gedəndə çəkəcəyəm, tarixi abidədir.

Bu qayaya yol açan, bulağın ətrafını və gözünü təmizləyən Abdal ahıllarından biri də Bayram dayıdır. Bayram dayının xeyli yaşı var, amma heç deməzsən maşallah, çox qıvraqdır. Neçə həftə şənbə-bazarı gedib bu yerləri təmizləyən kənd adamları arasında onun xüsusi zəhməti və yorulmaz əməyi var. Deyirəm gəl şəkil çəkdirək, deyir "yox ta mənim vaxtım keçif, mənim telvizora çıxan vaxtım döyül, qoy cavanlar çıxsın"... Allah bütün yaşlılara cansağlığı versin, gedib bu kəndin havası, suyu, torpağı ilə xoşbəxt olsunlar.

Kəmaləddin Qədim, şair:

Vəfat edən Papa Fransiskə görə "Xəstəxana"nın tərifi:

Papa Fransisk bir çox dünyəvi liderdən daha müdrik ifadələr işlədir:

"Xəstəxana divarları bir çox kilsədən daha çox səmimi dua eşidib...

Hava limanlarından daha içdən öpüşlər görüblər...

Xəstəxanada bir homofobik xəstənin homoseksual həkim tərəfindən xilas olunduğunu görürsünüz.

Yüksək vəzifəli bir həkimin bir dilənçinin həyatını xilas etdiyi yer...

Reanimasiya şöbəsində bir yəhudinin irqçiyə qulluq etdiyi yer...

Minlərlə cütlük tam sağalmaq ümidi ilə bir-birini bağışlayır.

Bir polis əməkdaşı ilə bir məhkum eyni palatanı paylaşır və eyni qayğını görür...

Zəngin bir xəstə kasıb donorun orqanı ilə qaraciyər transplantasiyasını gözləyir...

Elə bu anlarda - xəstəxana insanların yaralarına toxunduqda - kainatlar ilahi məqsədlə kəsişir.

Və bu qədər ortaq taledə anlayırıq ki, biz tək başımıza heç nə deyilik.

İnsanların tam həqiqəti əksər hallarda yalnız ağrı və ya itki təhlükəsi ilə üz-üzə qalanda üzə çıxır.

Xəstəxana - insanın maskalarını çıxarıb əsl mahiyyətini göstərdiyi yerdir.

Bu həyat tez keçəcək:

İnsanlarla dava etməyin.

Bu qədər şikayətlənməyin.

Qəzəblənməyin.

Həyat yoldaşınızla daim mübahisə etməyə ehtiyac yoxdur; axı siz onu acı günləri yox, gözəl anları paylaşmaq üçün seçmisiniz.

Borc və hesablar üzündən yuxusuz qalmayın.

Sevdiklərinizi öpməyi unutmayın.

Ev təmizliyi ilə bağlı obsesif olmayın.

Maddi dəyərlər hər insan tərəfindən qazanılmalıdır; miras toplamağa fokuslanmayın.

Çoxlu pəhriz etməyin, axı bu bədən bizə müvəqqəti verilib... zövq alın.

İtlərinizi və pişiklərinizi yanınızda saxlayın.

Xüsusi günləri gözləmədən gözəl yeməklər yeyin.

Yeni çəngəl-bıçaq dəstindən istifadə edin.

Bugün sizə verilən fürsətlərdən istifadə edin, çünki sabah onların olması qarantili deyil. Anı yaşayın!

Sevdiyiniz ətirdən istifadə etməkdən çəkinməyin - onu özünüz üçün istifadə edin.

Ən sevdiyiniz idman ayaqqabısını geyinin, sevdiyiniz mahnını təkrar-təkrar dinləyin.

Niyə bir az fasilə vermirsiniz?

Niyə indi zəng etmirsiniz?

Niyə indi xidmət etmirsiniz?

Dostlarınıza zəng vurun, qəhvə içməyə dəvət edin.

Niyə indi bağışlamırsınız?

Biz həmişə nəyisə gözləyirik: Yeni ili, cümə gününü, pullu olmağı, eşqin gəlməsini, hər şeyin mükəmməl olmasını...

Amma baxın, mükəmməllik deyilən bir şey yoxdur.

İnsanlar özlərini tamamlasın deyə yox, öyrənsin deyə yaradılıb.

Elə isə bu yazıdan ilham alın və indi başlayın.

Özünüzə hörmət edin, başqalarına da.

Siz öz yolunuzla gedin, başqaları da öz yoluna.

Tənqid etməyin, mühakimə etməyin, qarışmayın.

Daha çox sevin, daha çox bağışlayın, daha çox qucaqlayın, daha dolu yaşayın...

Papa Fransisk

Cabbar Əhmədov, sosial şəbəkə istifadəçisi:

- 5-10 il sonra Qarabağ ərazisi, əsasən də Şuşa və Xankəndi Tayland kimi cəzbedici turizm mərkəzi olacaq...

Rəşad Quliyev, Dünya Azərbaycanlıları Assambleyasının prezidenti:

- Kursk əyalətindən Ukrayna ordusu ilə yanaşı, Qərb İttifaqı vurulub çıxarıldı. Zelenskinin ən ciddi kartı da əlindən çıxdı.

Nəticədə Kursk əməliyyatında Ukrayna ordusu elit sayılan 40000-dən çox xüsusi təlim görmüş şəxsi heyətini itirdi.

Tramp Zelenski və Makronu Vatikanda stul üstündə hörmətsiz formada qəbul edib, hörmətsiz şəkildə yola saldı.

Mənim fikrimcə, yaxın 8-9 ay Rusiya - Ukrayna müharibəsinin əsas həlledici dövrü olacaq.

Bir sözlə, Qərb qüvvələri Ukraynada fiaskoyla üzləşir, bunu Qərb mətbuatından da açıq görmək olur. Müharibəni alovlandırmaq əvəzinə Rusiya ilə danışılsaydı, durum bura gəlib çatmazdı.

Bilal Alarlı, filologiya üzrə fəlsəfə doktoru:

- Bu gün Cəlilabadda lX sinif şagirdlərinin buraxılış imrahanı keçirilir, imtahan kompüterlə götürülür, üç saatdan çoxdur ki, işıqlar söndürülüb, yanana oxşamır...

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see185

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see180

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see145

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see142

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see132

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see131

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see130

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see129

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see127

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see126

ABŞ ın kommersiya neft ehtiyatları 416 mln. bareldən aşağı enib

30 Oktyabr 2025 09:04see126

Slovakiya piyadalar üçün sürət həddi tətbiq edəcək...

30 Oktyabr 2025 21:46see126

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see126

Cabir İmanovun çəkildiyi reklamlar niyə hələ də yığışdırılmır? Şirkətdən AÇIQLAMA

31 Oktyabr 2025 14:15see125

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see124

“Qarabağ”ın ispaniyalı transferi ilk oyununa çıxa bilər

30 Oktyabr 2025 20:07see122

Məktəblilər qırmızıdan keçən “Renault”la toqquşmaqdan son anda xilas oldular VİDEO

01 Noyabr 2025 00:15see119

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see119

Tələbələr universiteti məhkəməyə şikayət edə bilər?

01 Noyabr 2025 00:14see119

Qərbi Azərbaycan Xronikası: Ermənilər dedilər ki, getməlisiniz, bura bizimdir

31 Oktyabr 2025 22:26see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri