Artıq şəkər qəbulu qaraciyərə ziyanlıdır?
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
Həddindən artıq şəkər qəbulu qaraciyərin zədələnməsinə səbəb ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə terapevt Yekaterina Sısoyeva news.ru-ya müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, xüsusilə fruktozanın çox miqdarda qəbulu qaraciyər hüceyrələrində yağ yığılmasına, alkoqolsuz piylənmə xəstəliyinə və maddələr mübadiləsinin pozulmasına - o cümlədən insulinə qarşı dözümsüzlüyə və orqanizmdə iltihab proseslərinin yaranmasına səbəb olur.
Sısoyeva sağlam qaraciyər üçün əlavə şəkərin, xüsusilə də fruktozanın və şirin içkilərin qəbulunu azaltmağı tövsiyə edib. O, həmçinin tərəvəzlər, meyvələr, paxlalılar və tam taxıllı məhsullar hesabına qidada lif miqdarını artırmağın bağırsaq mikroflorasına və qaraciyərin maddələr mübadiləsinə müsbət təsir etdiyini vurğulayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 15 Oktyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















