Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Arvadı tərəfindən döyülən 47 azərbaycanlı Psixoloq deyir ki...

Arvadı tərəfindən döyülən 47 azərbaycanlı Psixoloq deyir ki...

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı ilin ilk altı ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. Bildirilib ki, məişət zorakılığı ilə bağlı müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaqdır. T.Mərdanoğlunun sözlərinə görə, daxil olan müraciətlərin böyük əksəriyyəti fiziki və psixoloji zorakılıq halları ilə bağlıdır. Bununla yanaşı, iqtisadi zorakılıq faktları da qeydə alınıb.

2025-ci ildə isə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb. Bir çox hallarda kişilər gender zorakılığına məruz qaldığını etiraf edə bilmir. Cəmiyyətdə kişilərin güclü, qoruyucu və həmişə lider olmalı olduğu düşüncəsi formalaşıb. Bu səbəbdən kişilər hər hansı bir zorakılığa məruz qaldıqda, zəif və qorxaq hesab edilə bilərlər. Kişilər zorakılığa məruz qaldıqda stereotiplərə görə bu mövzuda açıq danışa bilmirlər. Həmçinin zorakılıq halları qadınlar tərəfindən kişilərə qarşı baş verdikdə, cəmiyyətin kişilərə göstərdiyi reaksiya da çox zaman mənfi olur. Kişilər ailə içində və ya münasibətlərində fiziki və ya psixoloji zorakılığa məruz qalanda bunu gizlədirlər. Məsələn, bir qadın tərəfindən fiziki zorakılığa məruz qalan kişi bu barədə ictimaiyyətə açıqlama verməkdən çəkinə bilər.

Bəs kişilərin gender əsaslı zorakılığa məruz qalmasının səbəbləri nədir?

Psixoloq Rövşən Nəcəfov Musavat.com-a qeyd edib ki, zorakılığın cinsiyyəti yoxdur. “Bu gün istər qadına, istərsə də kişiyə qarşı zorakılıq göstərilməsi cinayət təfəkkürünün təzahürüdür. Xüsusilə məişət zorakılığı hallarında bu, bəzən açıq şəkildə görünmür. Biz çox vaxt bunu mentalitetlə əlaqələndirir, "ailə məsələsidir" deyərək üzərindən keçirik. Məhz bu düşüncə səbəbindən insanlar üzləşdikləri zorakılıqla bağlı hüquqi addım atmırlar”, - Nəcəfov belə deyib.

Psixoloq qeyd edib ki, Azərbaycan kimi konservativ cəmiyyətlərdə kişilərin öz hisslərini ifadə etməsi, zəif görünməsi birmənalı qarşılanmır: “Uzun illər kişilər ailədaxili problemlərini, hətta ən sadə çətinliklərini belə ətrafları ilə bölüşə bilməyiblər. Çünki biz "evin içini çöl bilməz" düşüncəsi ilə böyümüşük. Halbuki bu gün evin içində cinayət baş verirsə, istər qadına, istərsə də kişiyə qarşı zorakılıq törədilirsə, bunun qarşısında yalnız qanun dayanmalıdır. Əgər biz ailədə və cəmiyyətdə sağlam tərbiyə və hüquq mədəniyyəti formalaşdırmaq istəyiriksə, qanuna söykənməliyik”.

Onun sözlərinə görə, artıq informasiya əsrində yaşayırıq və kişilər də bilirlər ki, təkcə fiziki deyil, psixoloji zorakılığa məruz qaldıqda da hüquqlarını müdafiə etmək üçün aidiyyəti qurumlara müraciət edə bilərlər.

Psixoloq son vaxtlar qadınlar tərəfindən kişilərə qarşı aqressiyanın artdığını da diqqətə çatdırıb: “İndiyə qədər zorakılıq deyəndə insanların gözünün qarşısında əsasən kişi obrazı canlanırdı. Lakin cəmiyyət dəyişdikcə, sosial rollar da dəyişməyə başlayıb. Hər iki cins müəyyən mənada bir-birinin rolunu üzərinə götürdüyü üçün bu, həm düşüncə, həm də davranış pozuntularına səbəb ola bilir. Nəticə etibarilə deyə bilərəm ki, bu gün bəzi qadınların zorakılıq göstərməsinin səbəblərindən biri də cəmiyyətdə onlara formalaşdırılan yanlış düşüncə modelləridir. Burada informasiya axınının, xüsusilə rəqəmsal dünyanın təsiri də az deyil. Rəqəmsal mühit həm qadınları, həm də kişiləri müəyyən davranış və düşüncə modellərinə yönləndirə bilir. Məişət zorakılığına məruz qalan kişilərə və ailələrə tövsiyəm odur ki, bütün hallarda hüquqi addım atsınlar. Kişilər həyat yoldaşlarından hüquq-mühafizə orqanlarına şikayət etməkdən çəkinməməlidirlər. Ola bilər ki, bu gün cəmiyyətin bir hissəsi bunu qəbul etməkdə çətinlik çəkir. Ancaq əgər biz hüquqi dövlətdən və sivil cəmiyyətdən danışırıqsa, burada cinsiyyətə görə fərq qoyula bilməz”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 İyul 2026 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri