Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Arvadı tərəfindən qapazaltı edilən Makron və ya döyülən dövlət başçısı sindromu

Arvadı tərəfindən qapazaltı edilən Makron və ya döyülən dövlət başçısı sindromu

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın Makronlu illəri tarixə istehza, rəzillik, yalan, ikiüzlülük dövrü kimi düşəcək. Parisin hazırkı reallığı məhz budur: arvadı tərəfindən dünyanın gözləri önündə döyülən prezident.

Fransa lideri Emmanuel Makronun prezident təyyarəsində həyat yoldaşı Bricitdən şillə yeməsi onun ictimaiyyət və KİV qarşısında ilk və güman ki, son döyülmə səhnəsi deyil. Bunadək Makron küçədə öz vətəndaşlarından qapaza da "qonaq olub", yumurtaya da. Ancaq birinci ledinin şilləsi fransız dövlət başçısının həyatının daha bir məqamına işıq salır: əgər rəsmi səfərdə olan Makron hətta təyyarədə belə arvadı tərəfindən döyülürsə, görəsən, evdə nələr baş verir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Qazanılmış refleks

Kişilərin qadınlar tərəfindən zorakılığa məruz qalmaları son zamanlar Qərb gündəminin ən aktual mövzularından birinə çevrilib. BMT-nin apardığı araşdırmalardan doğan statistikaya görə, dünyada əri tərəfindən döyülən hər 15 qadına arvadının zorakılığına məruz qalan 8 kişi düşür. Daha bir statistikaya görə, həyat yoldaşını öldürən hər 100 kişiyə ərinin həyatına son verən 75 qadın düşür.

Ötən bazar günü Cənubi-Şərqi Asiya dövlətlərinə turne ərzində Hanoy hava limanında təyyarədə arvadı tərəfindən fiziki təzyiqə məruz qalan Makronun güman ki, öz şiddət statistikası var və bu, sadəcə ehtimal deyil. Əgər o, prezident səfəri kimi vacib dövlət tədbirində komanda üzvlərinin və ictimaiyyətin gözləri qarşısında həyat yoldaşının təcavüzünə məruz qalırsa, görəsən, evdə nələr baş verir? Əlbəttə, ər və ya arvad tərəfindən döyülmə hallarının bir psixoloji çalarları da var. Müasir insan haqları və gender bərabərliyi prizmasından baxanda, qadının kişi tərəfindən döyülməsi ilə ərin arvad şiddətinə məruz qalması arasında bir bərabərlik işarəsi qoymaq lazım gəlir. Ancaq faktdır ki, hər iki halda şəxsiyyətin alçaldılması baş verir. Belə görünür ki, Makron üçün nə döyülmə, nə də alçalma xüsusi komplekslərə səbəb olmur. Çünki bu nə ilkdir, nə də Bricit Makronun nümayiş etdirdiyi kimi son. Qazanılmış refleksə malikdir.

Müəllim şilləsi

Makronun təyyarədə arvadı Bricit tərəfindən şillələnməsi belə bir sualı aktuallaşdırır: onun ailə həyatında baş verənlər dövlət əhəmiyyətli qərarlar qəbul etməsinə hansı təsiri göstərir? Uğursuz, çəlimsiz və fərasətsiz adamlardan tutmuş əzazil manyaklar və qatillərədək hər bir şəxsin əməli onun uşaqlıq illərində yaşadığı komplekslərdən qaynaqlanır. Ailədə valideynləri tərəfdən şiddətə məruz qalan şəxslər yetkin həyatda əksər hallarda qeyri-adekvat davranışlarla yadda qalırlar. Makronun özəl həyatında baş verənlər onun yaşadığı komplekslərin prezidentlik fəaliyyətinə nə qədər təsir göstərdiyinin üzərindən pərdələri götürmüş olur. Bricit onun həyat yoldaşı olmaqla yanaşı, həm də keçmiş müəllimidir. Yəni Makronu arvadından qorxan kişilər kateqoriyasına salmaqla yanaşı, onun müəllimi qarşısında bir şagird stresi keçirən yeniyetmə olduğunu da unutmamalıyıq.

Makronun həyat yoldaşının digər nikahından olan övladları az qala prezidentin özü yaşdadır. Onun ögey oğullarının yanında arvadına "gözün üstündə qaşın var" deməsi mümkündürmü? Makronun bu kimi hallarda tək arvadından deyil, oğullarından da şillə "yeməməsi"nə təminatı varmı? Yaxud ailə daxilində döyülən, hökmü olmayan, arvadından bütün dünyanın gözləri qarşısında təyyarədə şilləyə məruz qalıb sonra bunun bir "zarafat" olduğunu utanmadan malalamağa çalışan bir dövlət başçısının seçicilərini, həmkarları və tərəfdaşlarını aldatmaması mümkündürmü?

Döyülən prezident, döyülən dövlət

Arvadı tərəfindən döyülən kişi cəmiyyətdə, işdə, başqa kişilərlə ünsiyyətdə özündən hansı səviyyədə əmin ola bilər? Bu da bir araşdırma mövzusudur. Azərbaycanda belə hallarla bağlı kifayət qədər sarkastik məzmunlu deyimlər və atalar sözləri var. Ancaq Makronun halı onunla qeyri-adidir ki, o, bir kişi olmaqla yanaşı, həm də dövlət başçısıdır. Bu reallıq ortaya düşündürən suallar çıxarır: Makronun dövlət əhəmiyyətli qərarları qəbul edərkən arvadının təsirinə, özü də fiziki təsirinə məruz qalma ehtimalı nə qədər böyükdür? Bricit dövlət idarəçiliyinə təsir edirmi? Edirsə, fiziki gücdən yararlanırmı?

Makronun bir prezident olaraq küçədə və tədbirlərdə vətəndaşları tərəfindən döyülməsi, təhqirlərə məruz qalması, arvadından şillələr görməsi onun şəxsi faciəsi ilə yanaşı, Fransa dövlətinin zəifliyinin göstəricisidir. Bu rəzil gündəm BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan dövlətin acı reallığıdır. Dövlət öz lideri ilə güclü olur. İstəyir nüvə silahına sahib ol, istəyir iqtisadi gücə - kimdir səninlə hesablaşan? Əgər sən ailədaxili auraya sahib çıxa bilmirsənsə, nümayiş etdirdiyin geosiyasi hikkənin nə mənası var?

Şübhə yoxdur ki, Fransanın Makronlu illəri tarixə istehza, rəzillik, yalan, ikiüzlülük dövrü kimi düşəcək. Fransa kimi köklü dövlətçilik tarixinə malik bir ölkənin bu durumu onun vətəndaşları ilə yanaşı, həm də dünya üçün qeyri-adekvat situasiyaya səbəb olur. Bir dövlət yalnız tarixinə istinadla güclü ola bilməz. Güc ilk növbədə hörmət mənbəyi, ünvanıdır. İçiboş hikkə və kaprizlərin əsiri olan dövlətə isə hətta zəngin tarix də kömək etməz. Afrikadakı mövqelərini itirən və ənənəvi müstəmləkələrindən növbəli şəkildə qovulan, Okeaniyadakı koloniyalarında hörmət və nüfuzunu əldən verən, geosiyasi proseslərdə resurs və alətləri taqətdən düşən Fransanın hazırkı reallığı məhz budur: arvadı tərəfindən dünyanın gözləri önündə döyülən prezident.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see224

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see191

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see172

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see169

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see156

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see127

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri