Icma.az
close
up
RU
Arvadım məndən icazəsiz Zaqatalaya gedirdi

Arvadım məndən icazəsiz Zaqatalaya gedirdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Zaqatala rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1982-ci il təvəllüdlü Bəhlul həyat yoldaşı Aynurə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranan mübahisə zamanı arvadının başına yumruqla zərbələr vurub. 
İş üzrə izahat verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2005-ci ildə Zaqatala rayonu sakini Aynurə ilə ailə qurub, birgə nikahından üç övladları var: “2006-cı il təvəllüdlü qızım Xəyalə Zaqatala şəhərində işləyir və orada da yaşayır. Yetkinlik yaşına çatmayan digər iki övladım isə mənimlə birlikdə yaşayır. Mən ailə qurduqdan sonra bir müddət Aynurə ilə birlikdə Balakən rayonunun kəndində yaşamışıq. Sonra isə Zaqatala rayonunun kəndində yeni ev tikmişik və birlikdə həmin evdə yaşamağa başlamışıq. Təxminən bir ildir Aynurə mənə bildirmədən, məndən soruşmadan yaşadığımız evdən çıxaraq rəfiqəsi Ləman ilə birlikdə Zaqatala şəhərinə getməyə, zəng vuraraq soruşduqda mənə yerini düzgün deməməyə və evə axşam saatlarında qayıtmağa başladı. Buna görə onunla aramızda mübahisələrimiz oldu. Mən dəfələrlə Aynurədən rəfiqəsi Ləman ilə münasibətini kəsməsini, məndən xəbərsiz Zaqatala şəhərində getməməsini tələb etməyə başladım. Buna baxmayaraq o, hərəkətlərinə davam etdi”. 
Təqsirləndirilən şəxs deyib ki, bu məsələ ilə bağlı Ləmanın anasını evinə dəvət etmək, Ləman ilə Aynurənin hərəkətləri barədə onun anası ilə danışmaq, Ləmanın anasından qızından Aynurə ilə münasibətini kəsməsini tələb etməsini istəyib:
“Bu səbəbdən də məlum hadisə günü, saat 22 radələrində Aynurəyə rəfiqəsi Ləman ilə aralarında olan münasibətə son qoymaq üçün onun anasını evə qonaq çağıracağımı bildirdim. Aynurə mənim Ləmanın anasını evə dəvət etməyimə narazılıq etdi. Buna görə aramızda mübahisə yarandı. Həmin mübahisə zamanı Aynurə evdə sobanın yanında olan odunu götürərək mənə atdı. Odun mənə dəyməsə də, onun hərəkətinə əsəbləşdim. Əsəblərimi cilovlaya bilməyərək, Aynurənin üstünə hücum çəkdim, baş nahiyəsinə təxminən 5-6 dəfə yumruqla zərbələr vurdum. Aynurə həmin an müdafiə olunmaq üçün əlləri ilə başını tutdu. Bu zaman sol qolundan tutaraq onu dartışdırdım. Aynurə həmin vaxt əlimdən çıxaraq həyətə qaçdı. Qaçdığı zaman onun bel nahiyəsinə təpik atdım. Lakin həmin təpik Aynurəyə dəymədi və o, evdən həyətə qaçdı”. 
Zaqatala Rayon Məhkəməsinin hökmü ilə  “Konstitusiya və Suverenlik İli” münasibəti ilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Aprel 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see428

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see421

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see299

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see278

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see267

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see261

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see259

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see255

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see253

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see238

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see225

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see219

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see215

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see212

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see211

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see210

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see206

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see206

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri