Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

“Arvadıma dedim ki, Səlimlə münasibətini etiraf etsən səni bağışlayacağam” KONKRET

“Arvadıma dedim ki, Səlimlə münasibətini etiraf etsən səni bağışlayacağam” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bakının Sabunçu rayonunda 58 yaşlı kişi arvadını öldürməkdə ittiham olunub.

KONKRET.az demokrataz-a istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Loğman 2024-cü ilin avqust ayının əvvəllərində rəsmi nikah münasibətində olduğu Aytənin (adlar şərtidir – red.) mobil telefonla başqa kişi ilə danışdığını eşidib. Aytənin ona xəyanət etdiyindən şübhələnən kişi qadını öldürmək qərarına gəlib.

Bu məqsədlə o, 15 avqust 2024-cü il tarixdə saat 13 radələrində əvvəlcədən əldə etdiyi və özünə məxsus olan suvenir xəncəri götürərək Aytənlə birlikdə yaşadığı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki evə gəlib. Xəncəri hasarın dibində gizlədərək qadının işdən gəlməsini gözləyib.

Aytən işdən gələndə Loğman hasarın dibində gizlətdiyi xəncəri götürərək qadına çoxsaylı zərbələr vurub. Aytən aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Loğmana Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Loğman elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

O, ifadəsində bildirib ki, əvvəllər arvadından ayrı yaşayıb. Sonradan barışaraq birlikdə yaşamağa başlayıblar:

“Daha sonra arvadımın iş yoldaşı olan Kəmalə adlı şəxsdən 10 000 manat borc pul aldığını eşitdim. Aytəndən mobil telefonunu alaraq borcun nə üçün alındığını öyrənmək istədim. O, mobil telefonunu heç kimə vermədi. Həmin vaxt avtomobilim nasaz olduğu üçün usta puluna görə ondan 500 manat istədim. Aytən də pulu verəcəyini bildirdi.

Evə gedərkən arvadımın Səlim adlı şəxslə üzbəüz danışdığını gördüm. Onların yanına gedəndə arvadımın bıçaqlandığını gördüm. Aytəndən hadisənin səbəbini soruşdum. O, Səlim adlı şəxsin onun pulunu vermədiyini və onu bıçaqla vurduğunu bildirdi. Səlimin arxasınca getsəm də, onu tuta bilmədim. Hadisə zamanı istifadə olunan bıçağı da xatırlamadığım bir yerə atmışam. Təcili tibbi yardımın gəldiyini gördüm və oradan uzaqlaşdım. Mən arvadımı bıçaqla vurmamışam”.

Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində isə təxminən 2003-cü ildə Aytənlə rəsmi nikaha girdiyini bildirib:

“Həmin evlilikdən iki övladımız dünyaya gəlib. Övladlarımdan biri 21 yanvar 2005-ci ildə, digəri isə 2014-cü ildə doğulub. Böyük oğlum Məmməd 2017-ci ildə bədbəxt hadisə nəticəsində vəfat edib.

Ailə həyatı qurduqdan sonra bir müddət qeydiyyatda olduğum ünvanda yaşadıq. Təxminən 2010-cu ildə isə hazırda yaşadığımız Maştağa qəsəbəsinə köçdük.

Təxminən iki ay əvvəl, yəni 2024-cü ilin iyun ayından etibarən arvadımın mənə xəyanət etməsindən şübhələnməyə başladım. Hazırda dəqiq tarixini xatırlamadığım bir gecə Aytənin yaşadığımız ünvanda kiminləsə mobil telefonla danışdığını eşitdim. Bu barədə ondan soruşdum. O, heç kimlə danışmadığını deyərək söhbətdən yayınmağa çalışdı və mobil telefonuna baxmağıma icazə vermədi.

Təxminən 15-20 gün sonra Aytənin istifadə etdiyi mobil telefon nömrəsinə zəng etdim. Telefona həyəcanlı şəkildə cavab verdi. Həmin vaxt onun yanında yad kişi səsi eşitdim. Harada olduğunu soruşduqda işıq pulunu ödəmək üçün getdiyini bildirdi. Yanındakı şəxsin səsi eşidilən kimi Aytən telefonu söndürdü.

Bu hadisədən sonra Aytəni güdməyə başladım. Həmin ilin iyulun 13-də qəsəbədə Aytənlə əvvəllər tanıdığım qəsəbə sakini Səlim adlı şəxsi birlikdə piyada gedərkən gördüm. Aytənə yaxınlaşaraq nə baş verdiyini soruşmaq istədim. Bu zaman Aytənin əli ilə Səlimə uzaqlaşmasını işarə etdiyini gördüm. Səlim uzaqlaşdı, mən də Aytənə yaxınlaşmadım.

Lakin Səlimə yaxınlaşaraq həyat yoldaşımın yanında nə üçün getdiyini soruşdum. O, həmin küçədən təsadüfən keçdiyini dedi. Mən onu səsindən tanıdım. Onun səsinin Aytənin işıq pulunu ödəməyə getdiyini dediyi vaxt yanında eşitdiyim səs olduğunu müəyyən etdim”.

Loğmanın ifadəsinə görə, daha sonra evə gələrək Aytənlə bu barədə danışmaq qərarına gəlib:

“Mən evə gələrək Səlimlə münasibəti barədə danışdım və ondan aralarındakı münasibəti etiraf etməsini istədim. Etiraf edəcəyi halda onu bağışlayacağımı dedim. O isə Səlimlə arasında hər hansı münasibət olmadığını bildirdi.

Daha sonra “Qurani-Kərim” kitabını gətirərək Səlimlə aralarında hər hansı münasibətin olmaması barədə and içməsi üçün əlini kitaba basmasını istədim. Aytən isə and içməkdən imtina etdi. Buna görə də şübhələrim daha da artdı.

Həmin gündən sonra Aytən artıq mənimlə normal ər-arvad münasibətində olmadı. Hətta telefonlarıma belə cavab vermədi. Mən də onunla yaşamaqdan imtina edərək Aytənin adına rəsmiləşdirdiyim Maştağa qəsəbəsindəki bağ evində yaşamağa başladım”.

Loğman daha sonra Səlimlə bir daha danışmaq istədiyini bildirib. O, Səlimə məxsus, hazırda nömrəsini xatırlamadığı mobil telefona zəng edərək Aytənlə əlaqəsinin olub-olmadığını soruşub:

“O isə Aytənlə hər hansı əlaqəsinin olmadığını, aralarında münasibət olmadığını bildirdi. Səlimlə evlərinin yaxınlığında görüş təyin etdik. Birlikdə Aytən və övladımın yaşadığı evə gəldik.

Həmin vaxt Aytəni səsləyərək həyətə çıxmasını istədim. Bir neçə saniyə sonra Aytən, oğlum Murad və qonşumuz Aləmdə adlı qadın həyətə çıxdılar.

Mən bir daha Aytən və Səlimdən aralarında münasibət olmamasına dair əllərini “Qurani-Kərim” kitabının üzərinə qoyaraq and içmələrini tələb etdim. Həmin vaxt Səlim əlini “Qurani-Kərim”in üzərinə qoyaraq and içdi və Aytənlə arasında hər hansı münasibət olmadığını bildirdi.

Aytən isə kitaba əli ilə zərbə vurdu. Lakin heç nə demədi. Mən də Aytənə qarşı olan şübhələrimdə haqlı olduğumu düşündüm və həmin evi tərk etdim. Aytənin bu hərəkətləri məni qıcıqlandırmağa başladı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, avqustun 15-də adına çıxarıldığını düşündüyü “ləkəni təmizləmək” üçün Aytəni öldürmək qərarına gəlib:

“Buna görə də təxminən 2-3 il əvvəl hazırda xatırlamadığım iaşə obyektlərindən birindən əldə etdiyim xəncəri bağda saxladığım yerdən çıxararaq hazır vəziyyətə gətirdim. Avqustun 17-də saat 13 radələrində Aytənlə birlikdə yaşadığım ünvana gəldim. Yolun kənarında Aytənin işdən gəlməsini gözlədim.

Əvvəlcə özümlə gətirdiyim xəncəri hasarın dibində gizlətdim. Aytən xəstəxanada olan bufetdə satıcı-aşpaz işləyirdi. Təxminən saat 13:30-da Aytənin işdən evə gəldiyini gördüm. Ona yaxınlaşaraq etdiyi hərəkətlərin düzgün olmadığını bildirdim.

Onu öldürmək fikrimi qətiləşdirdikdən sonra küçədə, hasarın dibində gizlətdiyim xəncəri götürərək ona ardıcıl zərbələr vurmağa başladım. Bu zaman Aytən müqavimət göstərərək yalvarmağa başlasa da, onun yalvarışlarına məhəl qoymadan zərbələr vurmağa davam etdim. Təxminən 9-10 dəfə xəncərlə Aytənin qarın nahiyəsinə və bədəninin müxtəlif hissələrinə zərbələr vurdum.

Zərbələrdən sonra Aytən haldan düşərək hasarın dibinə yıxıldı. Onun yerə yıxılaraq öldüyünə əmin olduqdan sonra bıçağı qonşuluqda yaşayan şəxsin həyətinə atdım və hadisə yerindən uzaqlaşdım”.

Loğmanın sözlərinə görə, qətldən sonra anasının yaşadığı ünvana gedib. O, baş verənləri danışdıqda anasının dediklərinə inanmadığını və etdiyi hərəkətin düzgün olmadığını, polisə təslim olmasını bildirdiyini deyib:

“Mən isə anamın dediklərinə əhəmiyyət vermədim və oranı da tərk etdim. Sonra qarşıma çıxan apteklərdən birinə daxil olaraq spirt aldım və yaşadığım bağa gələrək həmin spirtə su qatıb içdim.

Bir müddət sonra Maştağa qəsəbəsi ərazisində yerləşən parkda gəzməyə başladım. Bir müddət gəzdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Loğman 15 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Noyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see277

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see273

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see271

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see270

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see262

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see252

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see248

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see232

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see222

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see220

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see212

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see208

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see208

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see205

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see204

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see202

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see198

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see192

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri