Icma.az
close
up
RU
Arvadımı söymüşdü deyə döydüm, sərxoşun biri idi

Arvadımı söymüşdü deyə döydüm, sərxoşun biri idi

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Goranboy rayonunda qonşular arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 10-da rayonun Qızılhacılı qəsəbəsində baş verib. 1980-ci il təvəllüdlü Təvəkkül həmin gün saat 22:30-da Zamirin (adlar şərtidir – red.) yaşadığı fərdi yaşayış evində aralarında şəxsin münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı yumruqla üz nahiyəsindən qəsdən vurub. 
İş üzrə izahat verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qonşusu Zamir ilə münasibətləri yaxşı olub, heç bir düşmənçiliyi və ədavəti olmayıb:
“Zamir spirtli içki aludəçisi olub. Onunla həyətlərimiz bitişik olub. Onun spirtli içki aludəçisi olmasını kənd sakinləri də bilib. Spirtli içkiyə görə dəfələrlə qonşulardan və qohumlardan əşyalar götürüb və həmin əşyaları sataraq araq alıb”. 
Təqsirləndirilən şəxs deyib ki, Zamir mütəmadi olaraq onun evinə gəlib-gedib:
“Təxminən bir il bundan öncə Zamir məndən tikinti materialları, yəni kraska, tikinti alətləri götürdü. Ümumillikdə həmin əşyaların qiyməti 2000 manat təşkil edib. Zamir həmin əşyaların pulunu hissə-hissə qaytaracağını söz verdi. Lakin bu günə qədər heç bir pul qaytarmadı. Həmin əşyaları mən qəsəbədə Fərman adlı şəxsdən borca almışdım. Fərman hər dəfəsində mənimlə əlaqə yaradaraq pulunu istəyib”.
Təvəkkülün ifadəsinə görə, 2023-cü ildə həyat yoldaşı Mahirənin səhhətində yaranan narahatlığa görə onu müalicəsi üçün Ucar rayonunun kəndində aparıb:
“2025-ci ildə arvadım qayıtdıqdan sonra evlərimizdən itən əşyaların olduğunu bildirdi. Mən isə həmin vaxta qədər həmin əşyaları Mahirənin ata evinə apardığını bilmişəm. Daha sonra qiyməti 300 manat olan masanın Zamir tərəfindən qonşumuz Məlik adlı şəxsə satdığını bilmişəm”. 
Təvəkkül deyib ki, bu ilin yanvarın 10-da həyətlərində olan zaman Zamir onun arvadı Mahirənin ünvanına sərxoş vəziyyətdə nalayiq ifadələr işlədib:
“Həmin vaxt  çox əsəbləşdim. Buna görə Zamirin yaşadığı ünvana gedərək onun yatdığı otağa girdim. Bu zaman yumruqla onun üz nahiyəsindən bir dəfə vurdum. Bundan sonra o, yerə yıxıldı. Zamir yerdə olan zaman onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə təpiklə zərbələr endirdim”. 
İş üzrə zərərçəkmiş Zamirin sözlərinə görə, 2025-ci ilin dekabr ayında Təvəkkülün evində işləməyə başlayıb və 2026-cı ilin yanvarın 5-də işi yekunlaşdırıb:
“Yanvarın 10-da, səhər saat 10 radələrində Təvəkküllə evlərinin qarşısında qabaqlaşdıq. Bu zaman Təvəkkül məni nalayiq ifadələrlə təhqir etdi. Lakin nə Təvəkkül məni, nə də mən onu döymədim. Bundan sonra evdə yatdığım zaman gecə saat 22:30-da səs gəldiyini eşitdim və yuxudan oyanan zaman Təvəkkülün otağımda olduğunu gördüm. Təvəkkül üzərimə doğru gələrək məni təhqir etdi və təpiklə bel nahiyəmdən, yumruqla üzümə və baş nahiyəmə zərbələr endirməyə başladı”. 
Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib. 
Goranboy Rayon Məhkəməsi tərəfindən hökm çıxarılan zaman bu hallar nəzərə alınıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndiriıən şəxs cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri