Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Nicat Kazımov oğluna toy etdi Video

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Nəcibənin toyudur Fotolar

Arvadını asaraq öldürən şəxs: “Mənim başqa qadınla yazışmamı tutmuşdu”

Arvadını asaraq öldürən şəxs: “Mənim başqa qadınla yazışmamı tutmuşdu”

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını asaraq öldürməkdə ittiham edilən Azər İbrahimlinin cinayət işi üzrə məhkəmə istintaqının ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib və ifadəsində göstərib ki, Naxçıvan MR Sədərək kənd orta məktəbində səkkizinci sinfə qədər təhsil alıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra əvvəlcə yaşıllaşdırma idarəsində çalışıb, daha sonra 2024-cü ilin sentyabr-oktyabr aylarında yük avtomobili (TIR) sürücüsü kimi fəaliyyətə başlayıb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, sürücülük fəaliyyəti ilə məşğul olmağa başlayana qədər mərhum arvadı Aytac İbrahimli ilə münasibətləri normal olub. Aralarında əsas fikir ayrılıqları və mübahisələr isə məhz onun sürücülük işinə başlamasından sonra yaranıb. O, Aytacla 2021-ci ildə “TikTok” sosial şəbəkəsində tanış olub, təxminən 23 ay telefon əlaqəsində olduqdan sonra elçilik mərasimi ilə Ağcabədiyə gedərək evlənib. Evlilikdən iki azyaşlı övladları olub.

O ifadəsində qeyd edib ki, ailə həyatlarının ilk illərində münasibətləri çox yaxşı olub. Lakin sonrakı dövrlərdə Aytac xırda məsələlər üstündə tez-tez əsəbiləşib evdə söz-söhbət salmağa başlayıb. Xüsusilə, o, dostları ilə görüşəndə və ya işlə bağlı evdən kənarda olduqda Aytac onu qısqanıb, hətta əsassız yerə qadınlarla danışdığını iddia edərək mübahisələr yaradıb

“Halbuki mən qadınlarla yalnız bir-iki dəfə telefonda danışmışam, bu da işlə və ya təsadüfi tanışlıqla bağlı olub”, – o bildirib.

Azər etiraf edib ki, yük avtomobili sürücüsü kimi işlədiyi zaman yolüstü dayanacaqlardan birində fəaliyyət göstərən yeməkxanada ofisiant işləyən bir qadınla (S.S.) tanış olub. Onunla münasibətləri yanvar ayının 1-dən başlayıb. Təqsirləndirilən şəxs həmin qadınla münasibətə başlamazdan əvvəl arvadı Aytacla münasibətlərinin ümumilikdə normal olduğunu, yalnız ara-sıra cüzi ailə mübahisələrinin yaşandığını qeyd edib.

O, S.S. ilə evlənmək niyyəti daşımadığını, sadəcə “Aytacdan boşanacam” deyərək onu aldatdığını etiraf edib. S.S.-ə evli olduğunu və övladlarının mövcudluğunu da deyib, lakin buna baxmayaraq münasibətini davam etdirib. Onun sözlərinə görə, istəsə də S.S. ilə əlaqəsini tam kəsmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs əlavə edib ki, Gürcüstana iş səfərindən qayıtdıqdan təxminən bir həftə sonra arvadı Aytac ondan şübhələnib, onun “WhatsApp” yazışmalarını izləmək məqsədilə zəng və mesaj yönləndirməsini öz telefonuna aktiv edib. Beləliklə, S.S ilə olan yazışma və zənglər Aytacın telefonuna da düşüb. Bunun nəticəsində Aytac onun S.S. ilə münasibətindən xəbər tutaraq dava salıb, ailədə gərginlik yaranıb.

Azər bildirib ki, evlilikləri dövründə Aytacın xəyanətinə, mənfi hərəkətinə heç vaxt şahid olmayıb. Lakin onun daim əsəbi, çox qısqanc və ailə mühitində mübahisəyə meyilli biri olduğunu vurğulayıb. Ailədə yaranan söz-söhbətlərin bir hissəsinin də kirayəyə çıxmamazdan əvvəl valideyn evində yaşadıqları dövrdə ailədaxili narazılıqlardan qaynaqlandığını qeyd edib.

O ifadəsinin davamında söyləyib ki, hadisədən bir gün əvvəl, 21 mart tarixində arvadı Aytac İbrahimli onun atası Həsənə zəng vuraraq evlərinə çağırıb və şikayətlənib:

“Sənin oğlun başqa qadınlarla danışır, məni bezdirib”. Atam bu məsələni onunla müzakirə etdi. Aytacın davranışlarından bezdim və boğaza yığıldım. Həmin gün Aytac uşaqları da götürərək atasının evinə getdi, mən isə bir qədər sonra onların yanına gəldim. Anam məni ailə münasibətlərimizə görə danladıqdan sonra evdən çıxaraq 2 nömrəli məktəbin həyətinə getdim. Daha sonra kirayə qaldığım evə döndüm. Axşam Aytac zəng edərək evə gəlmək istədiyini bildirdi. Lakin gecə olduğunu deyib səhər özüm aparacağımı söylədim. Bundan sonra S.S. ilə mesajlaşdım və gecə saat 3-4 radələrinə qədər onunla yazışdım. Səhər tezdən Aytac atamın evindən çıxaraq kirayə qaldığımız evə gəldi. Darvazanın bağlı olduğunu görüb divardan aşaraq həyətə daxil oldu, pəncərədən evə keçdi. Aytacın qışqırıq səsini eşidərək yuxudan oyandım və ondan nə baş verdiyini soruşduqda arvadım “sən yenə mənə xəyanət elədin, o qadınla danışırdın” deyə qışqırdı”.

Təqsirləndirilən şəxs Aytacı sakitləşdirməyə çalışsa da, mübahisə davam edib. O, əsəblərinə hakim ola bilməyərək Aytaca bir neçə dəfə şillə və təpik zərbəsi endirib. Qadın isə bu zərbələr nəticəsində yerə yıxılıb. Onun halsız vəziyyətdə yerə uzandığını görən təqsirləndirilən şəxs bir anlıq emosional gərginliklə Aytacı asaraq öldürmək qərarına gəlib.

Azər evdə olan ipi kəsərək tavandakı armatura bağlayıb, Aytacı çiynindən tutub stolun üstünə qaldırıb və boğazına ip salaraq yerə buraxıb. Hadisə vaxtı evdə ondan başqa heç kəs olmayıb, balaca övladı digər otaqda yatıb.

Təqsirləndirilən şəxs hadisədən sonra uşağının ağladığını eşidib yanına gedib, onu sakitləşdirib, daha sonra etdiyi hərəkətdən peşman olaraq Aytacı endirib, ipi boynundan çıxarıb və bədəninin isti olduğunu görərək dərhal təcili tibbi yardıma, sonra atasına və anasına zəng vurub.

O ifadəsində bildirib ki, Aytacı öldürmək niyyəti olmayıb, sadəcə əsəb gərginliyi nəticəsində hadisə baş verib. Əvvəllər də aralarında mübahisələr olsa da, heç vaxt onu öldürmək fikri olmadığını, həmin an qısqanclıq və emosional gərginlik altında hərəkət etdiyini deyib.
Qeyd: Bu ilin mart ayında Sədərək rayon sakini, 2000-ci il təvəllüdlü Aytac İbrahimlinin yaşadığı evdə özünü asaraq intihar etməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Araşdırma zamanı qadının əri, 1992-ci il təvəllüdlü Azər İbrahimlinin ailə münaqişəsi zəminində həyat yoldaşına xəsarət yetirdikdən sonra, tavandan asaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Hökmə əsasən, təqsirləndirilən Azər İbrahimli 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see502

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see324

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see285

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see212

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see193

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see155

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see147

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see145

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see140

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see139

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see139

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see136

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see136

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see132

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see129

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see128

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see128

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see127

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri