Binadan 22 yaşlı arvadını ataraq öldürən şəxs məhkəmə QARŞISINDA KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.
Abşeron rayonunda qətl törətməkdə təqsirləndirilən Hüseyn Kazımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
KONKRET.az xəbər verir ki, toplanan iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Nurəddin Hüseynlinin icraatına verilib.
Qeyd: Bu il iyulun 23-də səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü Ayşən Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.
Aparılan araşdırmalar zamanı Ayşən Kazımovanın həyat yoldaşı, 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı onu qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. Hüseyn Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 23 Noyabr 2024 09:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















