Icma.az
close
up
RU
Arvadını bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmaq istəyirmiş Suraxanıda ŞOK

Arvadını bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmaq istəyirmiş Suraxanıda ŞOK

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda arvadına illərlə işgəncə verən şəxs həbs edilib.

News24.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonunda baş verib.

İstintaq materiallarına əsasən, Elnur (şərti) 18 ildir nikahda olduğu Ayselə (şərti ) uzun müddət fiziki və psixoloji zorakılıq tətbiq edib. Son 8 ildə bu davranışlar daha da şiddətlənib.

Elnur həyat yoldaşını evdə bağlı qapı arxasında saxlayıb, ağzına yastıq basaraq boğmağa cəhd edib. Sonuncu dəfə isə dərzi qayçısı ilə müxtəlif xəsarətlər yetirib.

Ayselin sığınacağa üz tutmasından sonra hər şeyin üstü açılıb. Zərərçəkmiş başına gələnləri müstəntiqə etiraf edib. Şikayət əsasında Elnur cinayət məsuliyyətinə cəlb olunub, hökmə qədər ev dustaqlığında saxlanılıb.

Elnur məhkəmədə ittihamları qəbul etməyib. O, arvadının nevrozdan əziyyət çəkdiyini və dəfələrlə ondan özünü öldürməsini istədiyini deyib: “Aysel son vaxtlar əsəbi olur, məni təxribata çəkirdi. Əsəbi halda onu öldürməyimi tələb edirdi. Onu qapalı otaqda saxlamağım da düz deyil. Sadəcə qışqır-bağır salıb bizi biabır etməsin deyə balkona çıxmağa qoymamışam. Mən ailəmizin dağılmasını istəmirəm. Məhkəmə Ayselin boşanma iddiasını təmin edib, amma mən qərarın ləğvi üçün apellyasiya vermişəm. Bizim kitabımızda boşanmaq yoxdur. Ən əsası iki böyük övladımız var”.

Lakin Elnurun dedikləri ekspert rəyi ilə təsdiqlənməyib. Məhkəmə hesab edib ki, o bu iddiaları cəzasını yüngülləşdirmək üçün irəli sürüb. Hakim həmçinin onun tez-tez “bizim kitabımızda boşanmaq yoxdur” ifadəsini işlətməsini də ittihamı gücləndirən hal kimi qiymətləndirib.

Hökmə əsasən, Elnur 2 il 8 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub. Apellyasiya məhkəməsi isə cəzanı 1 il 8 aya qədər azaldıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news24.az
archiveBu xəbər 12 Avqust 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see325

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see147

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see145

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see145

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

Zelenski: İlin ən gərgin diplomatik günləridir

28 Dekabr 2025 16:54see133

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see132

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri