Icma.az
close
up
RU
Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR

Arvadını bıçaqlayan və balta ilə yaralayan şəxs barədə YENİ QƏRAR

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Amil Fərəcovun (adı, soyadı şərtidir - red.) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

"AzPolitika" Pravda.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində hakim Əli Əliyevin sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub və iş üzrə yeni ittiham hökmü çıxarılıb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, ailə münaqişəsi zamanı Amil Fərəcov əvvəlcə arvadını bıçaqlayıb, daha sonra isə balta ilə baş nahiyəsinə zərbə endirərək onun həyatını təhlükə altına qoyan ağır xəsarətlər yetirib.

İş materiallarında qeyd edilir ki, hadisə 2025-ci ildə saat 15:00 radələrində Neftçala rayonunun Sübh kəndində baş verib.

Belə ki, təqsirləndirilən şəxs hadisə vaxtı alkoqol sərxoşluğu vəziyyətində olub. O, yaşadığı evin həyətində həyat yoldaşı zərərçəkmiş Pərgül Fərəcova (adı, soyadı şərtidir) ilə ailədaxili mübahisə edib. Mübahisəyə səbəb qadının ərinə əxlaqsız həyat tərzi keçirdiyini irad tutması olub.

Mübahisə zamanı Amil Fərəcov həyətdəki masanın üzərində olan mətbəx bıçağını götürərək hamam tərəfə gedib. Orada arvadının sol qol nahiyəsinə bir dəfə bıçaq zərbəsi endirib. Nəticədə qadının sol saidinin aşağı üçdəbir hissəsində yara əmələ gəlib. Ekspertiza həmin xəsarəti sağlamlığa zərər vurmayan xəsarət kimi qiymətləndirib.

Lakin bununla kifayətlənməyən təqsirləndirilən şəxsin hirsi soyumayıb. O, arvadını cəzalandırmaq məqsədilə evin həyətində olan dəmir baltanı götürərək Pərgülün baş nahiyəsinə güclü zərbə endirib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmiş başın təpə nahiyəsinin yarası, təpə sümüyünün qəlpəli basılmış sınığı və baş beynin ocaqlı travması kimi ağır xəsarətlər alıb. Ekspertiza bu xəsarətləri həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə tövsif etmişdi. Hökmə əsasən, Amil Fərəcov həmin maddə üzrə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Avqust 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri