Icma.az
close
up
RU
Bakıda oğlan ögey atasını öskürdüyü üçün çəkiclə döydü

Bakıda oğlan ögey atasını öskürdüyü üçün çəkiclə döydü

Icma.az bildirir, Lent az portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində atalığına xəsarət yetirməkdə təqsirləndirilən Adəm İsgəndərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. 

Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə zərərçəkən Ayəddin Muradovun ifadəsi ilə davam edib:

"Yanvar ayı idi. Həmin gün həyat yoldaşım Samirə (şərti adla) ilə birlikdə evə gəldik. Mən içkili idim. Samirə yorğun olduğundan gedib yatdı. Adəm evdə idi. Ona dedim ki, gətir, yemək yeyək. Adəm yemək istəmədiyini bildirəndə, dedim mənim üçün gətir, mən yeyəcəm. Məni öskürək tutduğundan başladım öskürməyə. Bu Adəmin xoşuna gəlmədi, mənə iradını bildirdi. Ona dedim ki, siqaret çəkən adamam, necə öskürməyim axı?.Ardınca da xatırlamıram, ona acı bir söz dedim. Sonra necə oldu anlamadım, bir də gördüm atdığı çəkic dəydi gözümün üstünə. Mən dərhal yerə dəydim. Özümdə olmadığından sonradan bildim ki, təcili yardıma da Adəm zəng edib. Şikayətim yoxdur".

Daha sonra şahid qismində ifadə verən Samirə hadisə baş verən günü işdən evə qayıtdığını bildirib:

"Oğlum Adəmin atalığı ilə əvvəllər heç bir problemi olmayıb. Arada Ayəddin siqaret çəkdiyinə görə oğlumu danlayırdı, pis vərdişlərdən uzaq durmasını deyirdi. Mən qabyuyan işləyirəm. Hadisə baş verən gün işdən çox yorğun qayıtmışdım, Ayəddin və Adəm evdə idilər. Yorğunluqdan ayaq üstə güclə dururdum, özüm də ac olmağıma baxmayaraq, yemək yeməyə belə halım yox idi. Onlara dedim ki, hazır xörək var, özünüz süfrə açıb yeyərsiniz. Yorğunluqdan eləcə paltarlı uzanan kimi də yuxuya getmişəm. Yuxudan Ayəddinin səsinə ayıldım, onun üz-gözü qan içində idi".

Məhkəmə sənədlərin tədqiqi mərhələsinə keçdiyini elan edib.

Məhkəmə tərkibi təqsirləndirilən Adəm İsgəndərovun hadisə günü anlaqlı vəziyyətdə olub-olmamasını, onun psixi pozuntudan əziyyət çəkdiyini müəyyən etmək üçün stasionar məhkəmə psixiatrik ekspertizasının təyin edilməsini zəruri hesab edib. 

Məhkəmə tərkibi ekspertizanın rəyi məlum olana kimi proseslərin təxirə salındığını və 8 oktyabr 10:30-a təyin olunduğunu elan edib.

Xatırladaq ki, hadisə bu il yanvarın 15-də Sabunçu rayonu ərazisində baş verib. Adəm İsgəndərov ailə münaqişəsi zəmnində çəkiclə atalığı Ayəddin Muradovun göz nahiyəsinə zərbə vuraraq sağlamlığına ciddi zərər vurub.

Faktla bağlı cinayət işi başlanılıb, Adəm İsgəndərov Cinayət Məcəlləsinin 126.2.1 (Qəsdən sağlamlığa ağır zərər vurma -iki və ya daha çox şəxsə qarşı habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri