Icma.az
close
up
RU
Arvadını direllə deşdi, burnunu, barmağını sındırdı, övladının gözü qarşısında... Ata qisasını belə aldı

Arvadını direllə deşdi, burnunu, barmağını sındırdı, övladının gözü qarşısında... Ata qisasını belə aldı

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Kürəkənini öldürməkdə təqsirləndirilən 50 yaşlı Tayır Tayırovun cinayət işinin təfərrüatı məlum olub. Mərhumun arvadına amansız işgəncələr verdiyi məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə ötən il yanvarında baş verib. 1989-cu il təvəllüdlü Elvin Ələkbərov Saray qəsəbəsi ərazisində Tayır Tayırov tərəfindən qətlə yetirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub.

Elvin təqsirləndirilən Tayır Tayırovun kürəkəni olub. Hadisənin baş verməsinə səbəb isə mərhum Elvinin arvadını tez-tez döyməsi, ona işgəncələr verməsi olub.

T.Tayırov ifadəsində deyib ki, hadisə günü yas mərasimində olan zaman qızı ona zəng vuraraq yenə də Elvin tərəfindən döyüldüyünü deyib:

“Qulağı qan içində idi. Başını divara vurmuşdu. Qızım evdən qaçıb məhəllədəki mağazada gizlənmişdi. Qızım uşağını da özü ilə götürmüşdü. Evə gələndə qızımın vəziyyətinin yaxşı olmadığını görüb həkimə apardıq. Həkimlər beyninin silkələndiyini dedilər”.

Onun sözlərinə görə, qızını həkimə aparan zaman kürəkəni Elvin ona bir neçə dəfə zəng etsə də, cavab verməyib: 

“Xəstəxanaya gələcəyini düşünüb zənglərə cavab vermədim. Sonra yenə zəng edəndə açdım və evə getdiyimi dedim. Qızımla yoldaşım isə xəstəxanada qaldılar. Həyətə çatanda gördüm ki, Elvinin maşını oradadır. Bir az sonra da özü gəldi. Söyüş söyməyə başladı. Mübahisə edəndə Elvin bıçağın arxa tərəfi ilə başımdan vurdu. Sonra da üzərimə gəldi. Onun əlindən bıçağı almağa çalışırdım. O da məni təpikləyirdi. Elvin qapının dəstəyinə ilişdi. Onu necə vurduğumu bilmirəm”.

Tayır Tayırovun sözlərinə görə qızının əri ilə münasibətlərnin yaxşı olmadığını bilib, amma onun işgəncələrə məruz qalmasından xəbərsiz olub:

“Qızımın o dərəcədə döyüldüyünü bilmirdim. Elvin söz eşidən adam olmadığı üçün onunla bu barədə söhbət etmirdim”.

Elvini qızının qisasını almaq məqsədi ilə öldürməsi fikirləri ilə razı olamayan Tayır Tayırov bildirib ki, hadisədən əvvəl qudasına “Elvin bizə gəlsə, onu öldürəcəm” deməyib.

Mərhumun qardaşı iş üzrə hüquqi varis kimi tanınıb. Hüquqi varis əvvəlcə Tayır Tayırovu bağışlamadığını, ona ağır cəza verilməsini istəyib. Lakin məhkəmə istintaqının sonunda zərərçəkmiş tərəf Tayır Tayırovu bağışladığını, şikayətçi olmadığını bildirib.

İş üzrə mərhumun arvadı, Tayır Tayırovun qızı şahid qismində dindirilib. O, mərhum əri tərəfindən məruz qaldığı dəhşətli işgəncələr barədə danışıb.

Onun dediyinə görə əri onu direllə də deşibmiş:

“Evləndiyimiz ilk gündən məni söyür, döyür, əziyyət edirdi. Elvin işdən çıxarıldıqdan sonra əsəbləri tamamilə pozuldu.

Bir dəfə Elvin pomidor-xiyar istəyəndə doğrayıb süfrəyə qoydum. Az olduğu üçün Elvin əsəbiləşib bıçaqla mənə dəfələrlə vurdu. Elvinin mənə zor tətbiq etməsi ilə bağlı şəkillər və sübutlar var. Elvin məni drellə də deşmişdi. Burnumu, barmağımı da qırmışdı. İndi əlimlə nəsə götürəndə barmağım tutmur. 40 günlük uşağım ayağımda yatıranda da məni döyüb. Məni qul əvəzi işlədirdi. Başımda 8 yerdə çapıqlar var. Başımdakı xəsarətləri körpə uşağım təmizləyib, qanını silib.

Qayınanam, qayınatam tapşırmışdı ki, Elvin əsəbiləşən zaman onun gözünə görünməyim. Hadisə günü Elvin yenə aqressiv idi. Sırğama irad bildirdi. Həmin sırğanı ad günümdə Elvinin bacısı hədiyyə etmişdi. Sırğamı çıxarmağımı istədi. Əllərim ətli olduğunu, yeməkdən sonra çıxaracağımı dedim. Elvin “sən mənimlə oyun oynayırsan” deyib çənəmə yumruq vurdu. Qaçmaq istəyəndə yerə yıxıldım. Məni təpikləməyə başladı. Uşağım qaça-qaça kömək etməyə gəldi. Elvin saçımdan tutub başımı şkafa vurmağa başladı. Qulağımdan qan açıldı. Elvin idmançı olduğu üçün haradan vuracağını yaxşı bilirdi”.

Qadın deyib ki, ərindən qorxduğu üçün ondan şikayət edə bilmirmiş. Onun sözlərindən məlum olub ki, hadisə günü halsız olduğu üçün nə edəcəyini bilməyib. Uşağının babasına məlumat vermək ağlına gəlib və qonşudakı mağazada işləyən qadının telefonundan zəng edib.

Onun ifadəsindən məlum olub ki, hər dəfə döyüləndən sonra işgəncələrini foto və video ilə lentə alırmış ki, başına iş gələndə sübut kimi təqdim etsin.

Mərhumun anası isə ifadəsində deyib ki, oğlunun psixoloji problemləri olmayıb. Onun sözlərinə görə oğlu çox qısqanc olub.

Mərhumun uşağı da məhkəmədə şahid qismində dindirilib. Bildirib ki, atası onu döyməsə də, anasını tez-tez döyüb, işgəncələr verirmiş:

“Anamı səbəbsiz yerə dəhşətli dərəcədə döyürdü. Mətbəxdə sürüyürdü. Babam, nənəm bunları bilirdi, amma heç nə edə bilmirdi. Anamı nənəmin gözünün qarşısında da döyürdü. Nənəm baxırdı, amma heç nə etmirdi. Mən də baxırdım, amma qorxudan heç nə edə bilmirdim”.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tayır Tayırov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (musavat.com)

"Cebheinfo.az" 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 May 2025 00:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri