Arvadını döydü, söhbətə çağıran qayınatasını öldürdü
Bakupost saytına istinadən Icma.az xəbər verir.
Qayınatasını qətlə yetirməkdə təqsirləndirilən Nurulla Mərdanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub.
Məhkəmənin qərarı ilə N.Mərdanov 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham materiallarına əsasən, 1998-ci il təvəllüdlü N.Mərdanov Sumqayıt şəhərindəki "İbiza" restoranında kababçı işləyib.
Gənc 2022-ci ildə ailə həyatı qurub və bu nikahdan bu övladı dünyaya gəlib. Ötən ilin iyun ayında Nurulla ilə həyat yoldaşı arasında qısqanclıq zəminində mübahisə baş verib.
N.Mərdanov həyat yoldaşını amansızlıqla döyərək ona xəsarət yetirib və evi tərk edib.
Hadisədən xəbər tutan N.Mərdanovun qayınatası vəziyyəti aydınlaşdırmaq məqsədilə onlara gəlsə də, Nurullanı evdə tapa bilməyib. O, kürəkəninə zəng vuraraq görüşüb danışmaq istədiyini bildirib.
Sumqayıtda küçədə baş tutan görüş zamanı qayınata ilə kürəkən arasında mübahisə baş verib və N.Mərdanov qayınatası Arif Bağıyevi bıçaqla qətlə yetirib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində N.Mərdanov saxlanılaraq istintaqa təhvil verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Fevral 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















