Icma.az
close
up
RU

Qayınatasını və arvadını yatdığı yerdə öldürdü Bakıda qandonduran CİNAYƏT

Lent az saytına istinadən Icma.az xəbər verir.

Bakıda kişi arvadını və qayınatasını öldürüb.

Bu barədə Lent.az-a öldürülən qayınata 52 yaşlı Bədəlov İlqar Mirzəağa oğlunun qardaşı Anar Bədəlov məlumat verib.

Onun sözlərinə görə, hadisə bir müddət əvvəl Bakının Suraxanı rayonu Zığ qəsəbəsində baş verib. Kürəkən 36 yaşlı Əkbərov Hikmət Bəylər oğlu gecə saatlarında əvvəlcə yatdığı yerdə qayınatası İlqar Bədəlovu isə sonra atasına köməyə gələn arvadı 27 yaşlı Bənövşə Əkbərovu bıçaqlayaraq öldürüb. Hadisə Hikmət və Bənövşənin 4 övladının gözü qarşısında baş verib.

Hikmət Əkbərov hadisədən sonra övladlarını götürərək anasıgilə aparıb və bacısının həyətində gizlənib. Suraxanı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən o, gizləndiyi həyətdə saxlanılıb. Onun barəsində Suraxanı rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda rayon prokurorluğunda istintaq araşdırması davam edir.

Anar Bədəlovun sözlərinə görə, qardaşı qızı 14 il əvvəl ailə qurub:

“14 il əvvəl qardaşım qızını Hikmətə nişanladıq. Sonra nişanı qaytardıq. Ancaq Hikmət gəlib Bənövşəni qaçırdı. Sonra atası və dayısı ilə birgə Siyəzənə barışığa gəldilər. Yolda qəzaya düşüblər və atası Bəylər ölüb. Maşın Hikmətin dayısına məxsus olub. Ondan sonra qardaşımgilə qarşı kinli oldu. Sonradan öyrəndik ki, heç bu 14 il ərzində Bənövşə ilə yaxşı dolanmayıblar. Daim incidib və küsülü olublar. Qardaşım qızını övladları ilə birgə öz evinə gətirib. Hikmət gəlib qardaşıma yalvarıb ki, ailəmi dağıtma borcum var sizinlə bir yerdə qalaram. Qardaşım İlqar onun borclarını da ödəyib, işlə də təmin edib. Bir gecə Hikmət növbədə olarkən qayınanasını aldadıb onu növbəyə qoyub və evə gəlib. Yatdığı yerdə qardaşımı bıçaqlayıb. Bənövşə ona köməyə gələrkən onu da öldürüb. Hadisənin dəqiq səbəbini bilmirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri