Icma.az
close
up
RU
Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır

Arvadını uşaqlarının gözü qarşısında öldürmək istəyən qısqanc ər qərardan narazıdır

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xaçmazda həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Allahverdi Mustafayevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin baxış iclası hələlik açıqlanmayıb. 

Qeyd: Rəsmi məlumata görə, 2023-cü il yanvarın 6-da Xaçmaz rayonunun Hacılar kəndi ərazisində 1991-ci il təvəllüdlü Aynur Əhmədovanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırma zamanı zərərçəkmişin əri, 1988-ci il təvəllüdlü Allahverdi Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynur Əhmədovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, Allahverdi Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttiham aktına əsasən, Allahverdi Mustafayev qeyri-rəsmi nikah münasibətində olduğu arvadı Aynur Əhmədova ilə 2021-ci ilin oktyabr ayından ona qarşı soyuq münasibət bəsləməsindən, habelə yaşadıqları fərdi yaşayış evinin həyətindən ona məxsus olmayan siqaret kötüklərini tapmasına görə zərərçəkmiş şəxsi başqa bir kişi ilə ona xəyanət etməsindən şübhələnib. O, qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı arvadını öldürmək qərarına gəlib. Hadisə günü sərxoş olan Allahverdi evdə azyaşlı övladlarının gözləri qarşısında mətbəx bıçağı ilə Aynurun bədəninə bir neçə zərbə endirərək ona xəsarətlər yetirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. Allahverdi Mustafayev məhkəmədə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilib. O, sərbəst ifadəsində və sualları cavablandırarkən deyib ki, hər bir ailədə olduğu kimi, həmin günü də onun ailəsində məişət mübahisəsi olub. Hadisə ailə mübahisəsi səbəbindən baş verib. Arvadını öldürmək niyyəti olmayıb, içkili imiş. Olay günü əsəbiləşib və qorxutmaq niyyəti ilə Aynuru bıçaqla vurub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 

Kamal Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Dekabr 2024 08:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see159

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see133

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see126

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see123

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see120

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see119

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see119

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see118

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see118

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see117

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see116

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see115

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see115

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see115

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see112

“Arzulara qanad verək” çağırışı ilə qanvermə aksiyası keçiriləcək

15 Aprel 2025 11:56see112

Avropalılar Ukraynaya yardımda ABŞ ni ötdülər

15 Aprel 2025 11:19see112

Ərdoğan: Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək

15 Aprel 2025 20:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri